24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Güləş qaydalarına bəzi dəyişikliklər edilib

Dünya Güləş Birliyi İcraiyyə Komitəsinin iclasında güləş qaydalarına bəzi dəyişikliklər təsdiqlənib. Futbolxeber.az xəbər verir ki, yeniliklər aprelin 2-dən qüvvəyə minəcək.
 
Dəyişikliklərə əsasən, yarış vaxtı döşək rəhbərinin çağırışı ilə hakimlərin məsləhətləşməsi zamanı videotəkrara baxılmayacaq. Videotəkrara yalnız məşqçi tərəfindən etiraz təqdirində ("challenge") müraciət olunacaq.
 
Yunan-Roma güləşində passiv xəbərdarlığı vermək üçün gözlənilən vaxt müddəti (2 dəqiqə 30 saniyə) ləğv edilib, passivliyə görə parter tətbiq edilməsi isə hər hissədə 1 dəfə olmaq şərtilə məhdudlaşdırılıb.
 
Neqativ güləş adlandırılan ("negative wrestling") və qaydalara zidd hərəkətlərə görə sərbəst güləşdə xəbərdarlıq + rəqibə 1 xal, yunan-Roma güləşində xəbərdarlıq + rəqibə 2 xal verilməklə qiymətləndiriləcək.
 
Güləşmədən qaçmağa ("fleeing the hold") görə sərbəst güləşdə xəbərdarlıq + rəqibə 1 xal, yunan-Roma güləşində xəbərdarlıq + rəqibə 2 xal qazandıracaq.
 
Xalçadan qaçma ("fleeing the mat") da güləşmədən qaçma kimi dəyərləndiriləcək, ancaq təhlükəli vəziyyətdə xalçadan qaçmağa görə hər iki güləş növü üzrə xəbərdarlıq + rəqibə 2 xal veriləcək.
 
Yunan-Roma güləşində hücum edən güləşçi ayaqdan istifadə edərsə, əvvəlcə şifahi xəbərdarlıq ediləcək, ikinci dəfə isə xəbərdarlıq + rəqibə 1 xal verilməklə qiymətləndiriləcək. Həmçinin müdafiə olunan güləşçi ayaqdan istifadə edərsə, əvvəlcə xəbərdarlıq + rəqibə 2 xal verilməklə qiymətləndiriləcək, ikinci dəfə isə yarışdan kənarlaşdırılacaq və qələbə digər idmançıya veriləcək.
 
Qəsdən kobud qayda pozuntusuna ("brutality") yol verən güləşçi qırmızı kartla cəzalandırılacaq.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30