20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

Şəhriyar Məmmədyarov “Grand Chess Tour” seriyasında iştirak edəcək

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov “Grand Chess Tour” seriyasında iştirak edəcək.
 
Futbolxeber.az xəbər verir ki, bu barədə yarışın təşkilatçıları məlumat yayıb. Onunla yanaşı, yarışda Vişvanatan Anand (Hindistan), Levon Aronyan (Ermənistan), Fabiano Karuana, Xikaru Nakamura, Uesli So (hamısı ABŞ), Aleksandr Qrişuk, Sergey Karyakin (hər ikisi Rusiya) və Maksim Vaşye-Laqrav (Fransa) iştirak edəcəklər.
 
Daha bir şahmatçı isə fərqli turnirlərədə xüsusi dəvət əsasında mübarizə aparacaq. Hazırda Vladimir Kramnik (Rusiya) və Anşi Qiri (Hollandiya) “uayld-kard” alıblar. Onlar müvafiq olaraq Paris və Lyoven turnirlərinə qatılacaqlar.
 
Qeyd edək ki, “Grand Chess Tour” seriyası Lyoven (Bekçika, 12 - 16 iyun), Paris (Fransa, 20 - 24 iyun), Sent-Luis (ABŞ, 9 - 16 və 16 - 29 ) şəhərlərində baş tutacaq. Yarışın final mərhələsi dekabrda İngiltərənin paytaxtı Londonda olacaq. Orada əvvəlki 4 seriyada ən yaxşı nəticə göstərmiş 4 şahmatçı mübarizə apracaq.
 
Xatırladaq ki, Ş.Məmmədyarov bu gün Almaniyanın paytaxtı Berlində start götürəcək İddiaçılar Turnirində iştirak edəcək. O, Bakı vaxtı ilə saat 18:00-da başlayacaq ilk görüşünü S.Karyakinə qarşı keçirəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30