20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Ən gənc və favorit avarçəkənlərimiz dünya çempionatında mübarizəyə başlayır

İyulun 24-də Almaniyanın Lints şəhərində 23 yaşadək akademik avarçəkənlər arasında dünya çempionatı start götürəcək. 52 ölkədən 811 idmançının yer alacağı çempionatda Azərbaycan da təmsil olunacaq. Ötənilki dünya çempionatında 1 nəfərlik qayıqla (BM1X) yürüşdə qızıl medal qazanmış Aleksandr Aleksandrov artıq böyüklər kateqoriyasına keçib. Bu səbəbdən, o, Lintsdəki mundiala qatılmayacaq. Əvəzində 5 təmsilçimiz qüvvəsini sınayacaq.

1 nəfərlik yüngül çəkili qayıqla (BLM1X) 2000 metr məsafəyə yürüşdə Fərid Saadov yer alacaq. Bu kateqoriyaya hamıdan çox – 28 avarçəkən sifariş olunub. 20 yaşlı idmançımız 23 yaşadək akademik avarçəkənlərin dünya çempionatında ilk dəfə çıxış edəcək. O, daha öncə Dünya Kubokunun II mərhələsində 13-cü olub.

2 nəfərlik sükansız qayıqla (BM2-) yürüşdə İqor Luçiç – Luka Dordeviç dueti mübarizə aparacaq. Bu cütlük 2009-cu ildə Serbiya yığmasının üzvləri kimi yeniyetmələr arasında dünya çempionu olub. 2011 və 2012-cü ildə 23 yaşadək akademik avarçəkənlər arasında keçirilmiş dünya çempionatlarında isə onlar 4 nəfərlik qoşa avarlı qayıq (BM4X) ekipajının tərkibində qızıl medala sahib olublar. Azərbaycan millisində isə Luçiç – Dordeviç dueti Dünya Kubokunun II mərhələsində əsas finaladək irəliləyərək, 6-cı olub. Göstərdikləri nəticələrə əsasən, bu cütlüyü qarşıdakı mundialda favoritlərdən saymaq olar. Bu kateqoriyada yürüşlərə 20 duet qatılacaq.

Nəhayət, yeniyetmələr arasında son Avropa çempionumuz Boris Yotov İvan Antovla birgə 2 nəfərlik qoşa avarlı qayıqla (BM2X) çıxış edəcək. Onlar qələbə uğrunda 16 ölkədən olan duetlə yarışacaqlar. Yotov – Antov cütlüyü daha öncə böyüklər arasında Avropa çempionatına qatılıb və 12-ci yeri tutub. Maraqlıdır ki, Yotov Almaniyadakı mundiala qatılan avarçəkənlər arasında ən gəncidir. 17 yaşlı idmançımız iki həftə sonra yeniyetmələr arasında dünya çempionatına da qatılacaq.

Qeyd edək ki, dünya çempionatına iyulun 28-də yekun vurulacaq.


amaf.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30