19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

Məktəblilərin Yeni İl Olimpiadası başlayıb

31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl münasibətilə, həmçinin velosiped idman növünə marağı artırmaq məqsədilə Azərbaycan Velosiped İdmanı Federasiyası və "İSMA" Velosiped Zavodunun birgə təşkilatçılığı, Bakı şəhər Təhsil İdarəsi və “IB Klub”un dəstəyi ilə dekabr ayının 21-dən 30-dək Respublika Velotrekində V, VI və VII sinif şagirdləri üçün Yeni İl Olimpiadası keçiriləcək.

Futbolxeber.az saytının məlumatına görə, tədbir çərçivəsində məktəblilər Respublika Velotrekində yerləşən Velosiped Muzeyi, "İSMA” velosipedlərinin Sərgi-Satış Mərkəzi, Velosiped Treki, BMX stadionu, idmançıların təlim-məşq şəraitli ilə tanış olacaq, Azərbaycan tarixi və velosiped idmanına aid suallardan tərtib olunmuş bilik yarışında iştirak edəcəklər.

Olimpiadanın son günü, dekabrın 30-da ilkin mərhələlərdə yüksək nəticə göstərmiş şagirdlər final mərhələsində mübarizə aparacaqlar və qaliblərə federasiya tərəfindən diplom, həmçinin "İSMA” zavodunun istehsalı olan velosipedlər hədiyyə ediləcək.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30