Digər idman növləri
Rauf Məmmədov: "Sübut etdik ki, Azərbaycan çox güclü şahmat ölkəsidir"
"Açığı, emosiyalar 2009-cu ildəki kimi deyil. Çünki həmin vaxt ilk dəfə çempion olmuşduq və mərhum Vüqar Həşimov da bizimlə idi. İndiyədək o hisslərlə yaşayıram. Bu dəfə isə başlanğıcımız elə oldu ki, İtaliyaya uduzduq, üçüncü turda İspaniya ilə heç-heçə etdik. Amma sonluq yaxşı alındı və 3 qat Avropa çempionu olduq".
Futbolxeber.az saytının məlumatına görə, bunu Azərbaycan şahmatçısı Rauf Məmmədov Yunanıstanın Krit adasında 3 qat Avropa çempionu olduqdan sonra Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədovanın suallarını cavablandırarkən deyib.
29 yaşlı zəka ustası bildirib ki, 2016-cı ildə Bakıda keçirilmiş Ümumdünya Şahmat Olimpiadasında istənilən səviyyədə çıxış edə bilmədikdən sonra bu çempionluq çox önəmlidir: "Əlbəttə, sevinirik. Bu dəfə qızıl medal qazanmaqla yenidən göstərdik ki, Azərbaycan çox güclü şahmat ölkəsidir".
Məmmədovun fikrincə, Azərbaycan yığmasının çempionluq yolu Ermənistan üzərində VI turda qazandıqları qələbədən sonra açılıb: "Daha çox Ermənistan üzərində qələbəyə sevindik. Məhz o qələbədən sonra çempionluq yolumuz açıldı. Hamımız çalışdıq ki, üçüncü dəfə qitə çempionu olaq. VIII turda Rusiyanı demək olar ki, darmadağın etdik və o görüşün nəticəsi çempionluğa bərabər oldu. Həmin görüşə gün ərzində hazırlaşmaq və necə oynamaq çox önəmli idi".
Yarışda ən çox qələbə qazanan şahmatçı kimi də qızıl medal qazanmış təcrübəli şahmatçı həm də ilk dəfə 2700 reytinq balı yığmağa müvəffəq olub. Məmmədov öz oyununu belə dəyərləndirib: "İstəyirdim ki, 9 oyunun hamısında Azərbaycanı layiqincə təmsil edim. 3-4 görüşüm 6 saatadək davam etdi. Şəxsi turnirlərdə oynamaq bir az rahatdır. Lakin yığmada çıxış etdikdə sonadək oynamaq lazımdır".
Azərbaycan yığmasının üzvü qələbədə məşqçilərin də əməyini vurğulayıb: "Burada mənə kapitanımız Eltac Səfərli və 2013-cü ildə ikinci dəfə Avropa çempionluğu qazandığımız vaxt kapitanımız olmuş Aleksandr Xalifman kömək edirdi. Səfərli həm komandamızın ürəyi, həm beyni, həm də ilham mənbəyi idi" (“Report”).
Şərh yazılmayıb
|
ŞƏRH YAZ
|
Çox oxunan xəbərlər
- AFFA-nın yeni baş katibi o olacaq - ÖZƏL
- “Sabah”da rəhbər dəyişikliyi: Yeni prezident o olacaq - ÖZƏL
- Fərid Qayıbov narazıdır: AFFA-nın konfransını boykot edəcək - ÖZƏL
- Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
- FİFA AFFA-nın konfransında azərbaycanca danışacaq - ÖZƏL
- Zaur Qəhrəmanovun “Neftçi”dən getməsinin səbəbi məlum oldu
- Asif Məmmədov: “Kimsə bunu sübut etsə, üzr istəməyə hazıram”
- AFFA İcraiyyə Komitəsinin üzvü: “Premyer Liqada klub sayının artırılması gündəmdədir”
- Rövşən Nəcəf: “Etimadı doğrultmaq üçün əlimdən gələni edəcəm”
- Qurbanovdan nümunəvi addım
- İcraiyyə Komitəsinin yeni üzvü “Neftçi”yə gəlişini şərh etmək istəmədi: “İnşallah gələn həftə...”
- Minifutbol millimizin heyəti narazılıqla qarşılandı, baş məşqçi danışmaq istəmədi
- Prezidentin nəvəsindən Qara Qarayevə dəstək
- Azər Bağırov: “Futbolçular tapşırıqları icra etmirlər”
- Avropa çempionatında möhtəşəm nəticə
-
18:49
Azərbaycan kuboku: "Zirə" finalda (YENİLƏNİR)
-
17:05
Azərbaycan avarçəkəni Türkiyədə iki medal qazanıb
-
16:48
Region Liqası: Finalın yeri və başlama saatı müəyyənləşib
-
16:12
“Qəbələ” - “Zirə”: Heyətlər açıqlandı
-
15:24
Zubir Liqa 1 klubunun hədəfində
-
15:09
Naxçıvan Futbol Federasiyasının sabiq baş katibi vəfat edib
-
14:56
“ETOPAZ”ın baş sponsorluğu ilə “Fire League”da növbəti tur başa çatıb FOTOLENT
-
14:30
“Zirə”nin kapitanı: “Məqsədimiz finala çıxmaqdır”
-
14:03
"Səbail" məşqlərini davam etdirir FOTOLENT
-
13:41
Azərbaycan avarçəkənləri Avropa Olimpiya Təsnifat Reqatasında iştirak edəcəklər
-
13:27
Azərbaycanın stolüstü tennisçisi Belçikada bürünc medal qazanıb
-
12:55
Azərbaycan çempionatında ikinci finalçı müəyyənləşib
-
12:34
"Yurqorden" rəsmisi Musa Qurbanlının gedişini istisna etmədi
-
12:19
"Neftçi" "Qarabağ" önünə iki itki ilə çıxacaq
-
11:08
Avropa çempionatı: Beş boksçumuzun beşi də uduzdu
-
10:52
Azərbaycan kuboku: Hakim təyinatları açıqlandı
-
10:36
"Arsenal" "Çelsi"ni darmadağın etdi VİDEO
-
10:23
Samir Abasov - əvvəl “El Klasiko”, sonra Xavi ilə görüş FOTOLENT
-
10:11
"Latsio" "Yuventus"u məğlub etsə də... VİDEO
-
09:59
Güləş üzrə U-17 Azərbaycan çempionatı start götürüb
-
09:47
"Beşiktaş" səfərdən heç-heçə ilə qayıtdı VİDEO
-
21:48
“Qəbələ” “Zirə” ilə cavab oyununa itkilərlə çıxacaq
-
21:11
U-17 millimiz Belarusa məğlub oldu
-
21:00
"Füzuli" "Şəmkir"i məğlub etdi VİDEO
-
18:39
"Azərreyl" Azərbaycan çempionu oldu
-
17:52
"Sumqayıt" - "Qarabağ" oyununa nə qədər bilet satılıb?
-
17:04
Yarımfinal oyunlarına təyinatlar açıqlandı
-
16:45
Kadi: “Mən həmişə hazıram”
-
16:17
Azərbaycanın U-17 millisi Belarusda turnirə qatılacaq
-
15:36
“Neftçi”nin legioneri: “Fürsət düşsə, Rumıniyaya qayıdardım”
-
14:53
Millimizin rəqibi Baltik kubokunda yarışacaq
-
14:21
Valdemar Almeyda: “İlk üçlükdə olmaq üçün bütün oyunlarda qalib gəlməliyik”
-
14:08
“Prezident Kuboku-2024” beynəlxalq reqatasında 20-dən çox ölkə mübarizə aparacaq
-
13:49
"Olimpiadada Azərbaycanı layiqincə təmsil edəcəyimə inanıram"
-
13:34
AGF Baham adaları Gimnastika Federasiyası ilə Anlaşma Memorandumu imzalayıb
-
13:12
Kişi şahmatçılar arasında Azərbaycan çempionatında ilk finalçı müəyyənləşib
-
12:55
"Qarabağ"ın uğurlarına sevinirəm, amma "Neftçi" mənə daha əzizdir" VİDEO
-
12:27
Bakıda UEFA fitnes məşqçilik kursunun I modulu başlayıb
-
12:06
Şeydayevin qaçırdığı qol şansları... VİDEO
-
11:43
Milli komandamızın yeni baş məşqçisi müəyyənləşib: Mayın əvvəli Bakıya gəlir
-
11:18
"Azərbaycan voleybol tarixində belə finala şahidlik etməmişdik"
-
10:50
"Final görüşünün əhəmiyyətini başa düşürdük"
-
10:39
Avropa çempionatı: Ülviyyə Fətəliyevadan maksimum nəticə
-
10:24
"Fənərbaxça" çempionluq yolunda ağır zərbə aldı VİDEO
-
10:12
Masaki Murata: “Bu tip insanlar həmişə problem axtarır”
-
09:57
Milan derbisində 3 qol, 3 qırmızı vərəqə VİDEO
-
09:41
Azərbaycanın 3 boksçusu növbəti mərhələdə
-
09:28
"Roma" öz meydanında "Bolonya"ya uduzdu VİDEO
-
00:10
Diniyev - Şeydayev mübarizəsində kim sevindi?
-
20:38
“Neftçi” rəhbərliyi I Liqa klubunun prezidenti ilə görüşdü