29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Sahib Ələkbərov: “Bakı DÇ-ni qəbul etməyə hazırdır”

2018-ci il iyun ayının 5-9-da Bakıda velosiped idmanının BMX növü üzrə təşkil olunacaq dünya çempionatı ilə əlaqədar BMX Veloparkında təşkil olunmuş Dünya Sınaq Yarışından sonra Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov mətbuat nümayəndələrinin suallarını cavablandırıb:

- Test yarışı dünya çempionatı ərəfəsində çatışmazlıqları görmək üçün keçirilir. Bu gün Bakının dünya çempionatını keçirməyə tam hazır olduğunu söyləyə bilərik?

- Bu gün tam əminliklə deyə bilərik ki, Bakı təşkilatçılıq baxımından dünya çempionatını qəbul etməyə tam hazırdı. Bildiyiniz kimi, çempionat 2018-ci il iyunun 5-dən 9-dək bu məkanda keçiriləcək. Bu test yarışının həm stadion, həm də digər məsələlərin sınaqdan keçirilməsi üçün çox böyük əhəmiyyəti var idi. Məlum olduğu kimi, bizim stadion 2015-ci ildə istifadəyə verilib. Ancaq ötən il Beynəlxalq Velosipedçilər İttifaqı standartları dəyişdi. Stadionun eni və uzunluğu, həm də maneələrin hündürlüyü artırıldı. Bu üzdən BMX Trekini söküb yenidən tikməli olduq. Bu gün həm velosipedçilərin, həm də mütəxəssislərin rəyi belədi ki, stadion birmənalı şəkildə dünya çempionatını qəbul etməyə hazırdı.

- Hələ ki bu növdə idmançımız yoxdu. Bu boşluğu “milliləşdirmək”lə aradan qaldıracaqsız?

- Yox, biz azərbaycanlı idmançıya üstünlük verəcəyik. Yaponiya, Fransa, Almaniya, İtaliya kimi nəhəng ölkələrin velosipedçiləri test yarışında iştirak etdi. Xüsusən fransız idmançılar çox güclü idi. Buna qədər isə Baltikyanı ölkələrdən titullu velosipedçiləri dəvət etmişdik. Onlar stadionu testdən keçirmiş, irad və təkliflərini bildirmişdilər. Düşünürəm ki, dünya çempionatınadək bizim idmançılar da hazır olacaq.

- BMX yetərincə baxımlı idman növüdü. DÇ vaxtı böyük azarkeş marağı ola bilər. Bunu nəzərə alıb tamaşaçılar üçün tribunaların quraşdırılması nəzərdə tutulub?

- Həqiqətən BMX çox tamaşaçı cəlb edən idman növlərindən biridi. Biz estafeti Amerikadan qəbul etmişik. 2019-da dünya çempionatı yenidən ABŞ-da keçiriləcək. Maraqlı burasındadı ki, Azərbaycan belə bir ölkəylə yanaşı bu məsul yarışı keçirir. Bu il dünya çempionatı Cənubi Korolina ştatının Rok Hill şəhərində keçirildi və yarışa 3750 iştirakçı qatılmışdı. Rok Hilldə cəmi 30 minə yaxın insan yaşayır. Ancaq ora 40 mindən çox tamaşaçı gəlmişdi. Biz də azarkeşlərin sayının çox olacağını düşünürük. Ona görə də stadionun hər iki tərəfində 3000-3500 yerlik oturacaqlar quraşdırılacaq. Artıq məsələ həllini tapıb. Texniki və digər məsələləri həll etmişik. Bizdə də bu yarış yüksək səviyyədə keçiriləcək. Bu, əsl idman bayramına çevrilməlidi. Bunun üçün əlimizdən gələni edəcəyik.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31