25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Digər idman növləri

MX üzrə Dünya Sınaq Yarışına start verilib

2018-ci il iyun ayının 5-9-da Bakıda velosiped idmanının BMX növü üzrə təşkil olunacaq dünya çempionatı ilə əlaqədar bu gün BMX Veloparkında Dünya Sınaq Yarışı başlayıb.

Futbolxeber.az saytının məlumatına görə, Beynəlxalq Velosipedçilər İttifaqının təqvim planında yer alan yarış kifayət qədər yüksək hesab edilən C1 kateqoriyasına aiddir.

Yarışda Türkiyə, Fransa, Yaponiya, Rusiya Federasiyası, Litva, Çex Respublikası, İtaliya və Almaniyanın kişi və qadın komandaları iştirak edir. Qeyd edək ki, velosiped idmanının digər növləri ilə müqayisədə daha gənc olan BMX 2008-ci ildən etibarən Yay Olimpiya Oyunlarının proqramına daxil edilib və ən geniş tamaçaşı kütləsi toplayan idman növlərindən biridir.

Reqlamentə əsasən, bu gün iştirakçılar praktiki yürüşlərdə mübarizə aparıblar. Oktyabrın 29-u saat 19:00-da isə final mərhələsi start götürəcək və Dünya Sınaq Yarışının qalibləri müəyyənləşəcək.

Qeyd edək ki, Avropa Oyunları ilə əlaqədar 2015-ci ilin əvvəlində Bakıda ən müasir tələblərə cavab verən BMX stadionu istifadəyə edilib. 2016-cı ildə UCI müvafiq qaydaları və stadionların ölçülərini dəyişdiyindən Bakı stadionu yenidən qurulub, trekin uzunluğu, eni, maneələrin sayı və döngələrin hündürlüyü artırılıb. Bu gün UCI-ın yeni standartlarına tam cavab verən yeganə stadion məhz Bakı trekidir.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30