25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Digər idman növləri

"Qəbələ" boksçuları Ukrayna kanalında

"Qəbələ" İdman Klubunun boks bölməsinin baş məşqçisi Ramiz Mirkamalov və boksçu Kamran Şahsuvarlı Ukraynanın Krıvoy Roq şəhərində "ТРК Рудана" kanalının "Спортивна середа" verilişinin qonağı olublar.

Futbolxeber.az-ın klubun saytına istinadən verdiyi məlumata görə, idmançılar Krıvoy Roqda qonaqpərvərliklə qarşılandıqlarını bildirib, "KB-75" komandası ilə oyunöncəsi təəssüratlarını bölüşüblər. Veriliş Azərbaycan və Ukrayna boks ənənələri və tərzləri barədə söhbətlə davam edib.

Qeyd edək ki, "KB-75" klubu ilə beynəlxalq yoxlama görüşü 21 oktyabr tarixində baş tutacaq. Gənclər və Tələbələr İdman Sarayında baş tutacaq dueldə boksçular 7 çəki dərəcəsində üz-üzə gələcək. Ramiz Mirkamalovun baş məşqçisi olduğu komandamızı Ümüd Rüstəmov (56 kq), Elvin İsayev (64 kq), Roman Zakirov (69 kq), Kamran Şahsuvarlı (75 kq), Rauf Rəhimov (81 kq), Rahil Məmmədli (91 kq) və Məhəmmədəli Tahirzadə (+91 kq) təmsil edəcək. Döyüş yerli vaxtla saat 18:00-da başlayacaq.

Verilişin videoyazısını təqdim edirik.

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30