19 Aprel 2024, Cümə
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı

Digər idman növləri

Azərbaycan WBC-yə üzv qəbul edilib

Azərbaycan Dünya Boks Şurasına (WBC) üzv olub. 
 
Futbolxeber.az-ın məlumatına görə, bu barədə qurumun prezidenti Maurisio Süleyman Bakıda keçirilən mətbuat konfransında bildirib. M.Süleyman deyib ki, bununla bağlı Azərbaycan Prezidenti İlham Əliyev xüsusi göstəriş verib: “Azərbaycan prezidentinin bizi qəbul etməsi şərəf oldu. Müsbət mənada təəccübləndik. Sadə və geniş ürəkli insadır. İdman haqda dolğun məlumata malikdir. Azərbaycanda bir çox böyük turnirlər təşkil olunub. Dünyanın gözü WBC-nin Bakıda keçirilən Konvensiyasına yönəlmişdi. Prezident gənclər və idman nazirinə tapışırdı ki, Azərbaycanda WBC çətiri altında federasiya yaradılsın. Azərbaycan qurumun 166-cı üzvü ölkəsi olacaq. Sizə "Xoş gəlmisiniz" deyirəm. Ən geci 3 il sonra Azərbaycandan çempion çıxacağına inanıram. Federasiya yaradılmaqdadır. Gənclər və İdman Nazirliyi peşəkar boksu inkişaf etdirmək üçün öz köməyini göstərəcək”. 
 
M.Süleyman WBC-nin 55-ci Konvensiyasının Bakıda keçirilməsinə də aydınlıq gətirib: “Vitali Kliçkonun vasitəçiliyi ilə Azərbaycan prezidentinə, eləcə də gənclər və idman nazirinə müraciət etmişdik. Azərbaycan 25 illik idman ölkəsidir, xüsusi nailiyyətləri var. Təklif etdik ki, WBC-nin Konvensiyası Bakıda olsun. Bəziləri “Azərbaycan hardadır”, - deyə soruşdular. Hətta xəritəyə baxmalı oldular. İlk gəlişimizdə böyük qonaqpərvərliklə qarşılandıq. Azərbaycana təşəkkür edirəm. Gözləmədiyimiz qonaqpərvərlik gördük”.
 
Qeyd edək ki, WBC-nin 55-ci Konvensiyası Bakıda keçirilir. Tədbirə 164 üzv ölkənin nümayəndələri, o cümlədən Evander Holifild, Kostya Tszyu, Yuri Arbaçakov, Nasim Hamed, Erik Morales, Nino Benvenuti, Vitali Kliçko, Gennadi Qolovkin kimi boks ailəsinin tanınmış simaları təşrif buyurub.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30