20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

Millimizin oyunçusu: "Avropa çempionatında medal qazanacağımıza inanıram"

“Ölkə xaricində baş tutan təlim-məşq toplanışı müddətində 6-7 oyuna çıxdıq. İlk oyunlarda uduzurduq. Çünki həmin dövrə fiziki çalışmalar təsadüf edirdi. Komanda isə yenicə yığışmışdı. Lakin İtaliyada komandamız böyük oyun təcrübəsi toplamağa başladı. Bu üzdən indi kifayət qədər forma yığmışıq".
 
Futbolxeber.az xəbər verir ki, bu fikirləri qadınlardan ibarət Azərbaycan voleybol yığmasının üzvü Valeriya Məmmədova bildirib. Təcrübəli voleybolçu bu ay Azərbaycanda və Gürcüstanda keçiriləcək Avropa çempionatı öncəsi düşüncələrini bölüşüb: "İtaliya, Xorvatiya və Belarus yığmaları tezliklə Bakıya gələcəklər. Burda oyunlar keçiriləcək. Fikrimcə, Avropa çempionatında biz ən yüksək formada olacaq və maksimum nəticə üçün oynayacağıq. Qarşıdakı yoxlama oyunlarının bizdə yorğunluq yaradacağını düşünmürəm. Əksinə, bizə hazırlıq üçün oyunlar keçirmək lazımdı. Çünki məşq ayrı, oyun isə tam ayrıdı. Oyunlar keçirməklə özünü təkcə peşəkar səviyyədə yox, həm də fiziki və mənəvi cəhətdən hazırlayırsan. Yarış vaxtı isə meydanda ağılla hərəkət edirsən. Amma məşqlərdə bunlar görünmür".
 
Məmmədova qrupu da dəyərləndirib: "Məncə, çox yaxşı qrupa düşmüşük. Biz rəqiblərimizə qalib gələrək, qrup birincisi olmalıyıq. Gücümüz bu hədəfə çatmağa imkan verir. Növbəti mərhələyə lider kimi çıxmalıyıq. Hələ ki qrupdakı rəqiblərimizi təhlil etməmişik. Amma tədricən “Qran-pri” və başqa turnirlərdə çıxış edən rəqiblərin oyunlarıyla tanış oluruq. Bütün oyunçuları praktiki olaraq tanıyırıq. Bu üzdən hələlik bu istiqamətdə hazırlıq getməyib. Hazırda öz səhvlərimizi analiz edirik. Çempionat ərəfəsində qrupdakı rəqiblərimizlə tanış olacağıq. Hələlik formamızın pik həddində olduğumuzu deməzdim. Xorvatiya və İtaliya da hələ ki forma yığır. Optimal formaya düşmək üçün çalışırıq. Avropa çempionatında medal qazanacağımıza inanıram”.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30