20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

Azərbaycan Gimnastika Federasiyasının baş katibi AGİ prezidentliyinə namizədliyini irəli sürüb

Azərbaycan Gimnastika Federasiyasının baş katibi Fərid Qayıbov Avropa Gimnastika İttifaqının (UEG) prezidenti vəzifəsinə namizədliyini irəli sürüb.
 
Futbolxeber.az saytının məlumatına görə, idman funksioneri bu postda iki namizəddən biridir. Hazırda UEG-nin vitse-prezidenti olan F.Qayıbovun yeganə rəqibi Sloveniyanın Olimpiya Komitəsinin baş katibi Edvard Kolardır. O, həm də Sloveniya Gimnastika Federasiyasının baş katibidir.
 
UEG prezidentliyinə namizədliyin irəli sürülməsi üçün son tarix 1 sentyabr 2017-ci il olub. Təşkilatın İcraiyyə Komitəsi artıq yekun siyahını təsdiqləyib. 2009-cu ildən quruma rəhbərlik edən fransalı Jorj Gelzek öz istəyi ilə postunu tərk etməyə qərar verib.
 
Qeyd edək ki, səsvermə dekabrın 2-də UEG-in Xorvatiyanın Split şəhərində keçiriləcək 27-ci Konqresində baş tutacaq. Quruma üzv olan 50 federasiya səs hüququna malikdirlər.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30