29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Digər idman növləri

Azərbaycan yığması üçün dopinq cəzası

Azərbaycanın ağır atletika üzrə yığma komandası bir il müddətinə diskvalifiksiya olunacağı təqdirdə ABŞ-ın Anahaym şəhərində (Kaliforniya) keçiriləcək Dünya çempionatına buraxılmaya bilər.
 
Futbolxeber.az saytının məlumatına görə, Beynəlxalq Ağır Atletika Federasiyası (IWF) xüsusi komissiyasının idmançılarının adı üç və daha çox hallarda dopinqdən istifadədə keçən 9 ölkəyə qarşı başladığı araşdırmalar sona yetmək üzrədir.
 
"Üç nəfərdən ibarət komissiya IWF İcraiyyə Şurasının 3-dən 10-a qədər atletinin Pekin-2008 və London-2012 olimpiya oyunları üzrə nümunələri yenidən attestasiya zamanı müsbət nəticə verən 9 ölkənin cəzalandırılmasına dair təkliflərinin araşdırılması üçün yaradılıb. Komissiya bu həftəsonu Budapeştdə işi yekunlaşdırmmaq üçün görüş keçirməlidir. Onun hesabatı IWF İcraiyyə Şurasının 30 sentyabr – 1 oktyabrda Buxarestdə keçiriləcək növbədənkənar iclasına daxil ediləcək… Çox güman ki, doqquz ölkənin hər birinin dünya çempionatında iştirakına qadağa qoyulacaq", — deyə nəşr yazır.
 
Qeyd olunur ki, burada söhbət Qazaxıstan və Rusiya (Hər yığmada 10 müsbət dopinq nümunəsi), Belarus (7 müsbət nümunə), Azərbaycan (5), Ermənistan (4), Türkiyə, Ukrayna, Çin və Moldovadan (hər biri 3) gedir.
 
Bununla yanaşı, nəşrin məlumatına görə, söhbət doqquz ölkədən hər birinin 1 il müddətinə IWF-nin təşkilatçılığı ilə keçirilən bütün yarışlardan kənarlaşdırılmasından gedəcək.



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31