18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Rüstəm Orucov: “Bu idmançıya növbəti məğlubiyyəti özümə bağışlamazdım”

Macarıstanda keçirilən cüdo üzrə dünya çempionatının gümüş mükafatçısı Rüstəm Orucov final görüşündən sonra dsport.az saytına müsahibə verib. Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir:

- Dünya çempionatında gümüş medal Rüstəm üçün nə deməkdi?

- Uşaqlıq arzumu yerinə yetirdim. Uşaqlıqda nə vaxtsa dünya çempionatında medal qazanmağı arzulamışam. Budapeştdəki gümüş medal arzumu həyata keçirdi. Əlbəttə, qızıl olsaydı, daha yaxşı alınardı. Bəlkə inanmayacaqsınız, amma yarışdan əvvəlki gecə gözümə yuxu getməyib. Çox həyəcanlı idim. Ən güclü idmançılar mənim qrupumda yer almışdı. Ona görə həyəcanlı idim. Yekunda çempiondan başqa fəxri kürsüdə yer alan bütün idmançılar mənim qrupumdan idi. Finala qədər görüşlər asan olmadı. Yaxşı hazırlıq keçmişdik, ona görə görüşləri yüksək səviyyədə keçirdik.

- Yarımfinal görüşündə cənubi koreyalı Çanqrim An üzərində qələbəni xüsusi emosionallıqla qeyd etdin. Bunun səbəbi var?

- Əvvəlki iki görüşdə ona uduzmuşam. Buna görə çox sevinirdim. Qələbə məni finala çıxardı. Yarımfinaldan əvvəl ancaq qələbə haqqında düşünürdüm. Bu idmançıya növbəti məğlubiyyəti özümə bağışlamazdım.

- Bəlkə bütün diqqətini yarımfinala yönəltdiyin üçün finalda rəqibi məğlub etməyi bacarmadın?

- Mötəbər yarışda həmişə növbəti görüş haqqında düşünürük. Final görüşünə tam hazır idim. Sadəcə, alınmadı. Sonda rəqibin etdiyi fənd mübahisəlidi. Bununla belə təkrara baxandan sonra hakimin belə fəndə vazari xalı verməsində səhv görmürəm. Cüdoda qaydalar çox dəyişdi. İndi çox diqqətli olmaq lazımdı. Təkrarda gördüm ki, hakim bu fəndə xal verməklə səhv etməyib. Yəni xal vermək də olardı, verməmək də. Ona görə etiraz etmədim. Məğlubiyyətdə günahkar özüməm.

- Halbuki sən işlətdiyin fəndə görə hakim xal vermədi. Hər iki fənd bir-birinə çox oxşayırdı...

- Hakim cüdoçuların açıq mübarizəsinə şərait yaratdı. Sizinlə razıyam, bu fəndə görə xal vermək olardı. Bununla belə hakim xal vermədi, ona görə əlavə  vaxtda "qızıl xal" uğrunda mübarizə apardıq. Orada isə diqqətsizlik oldu və mən uduzdum. Qızıl medal qazana bilmədiyimə görə üzülürəm. Amma gümüş medal mənə təsəlli verir.

- Avropa çempionu olmusan, olimpiada və dünya çempionatında gümüş medalın var. Növbəti hədəf nə olacaq?

- Gələn il dünya çempionatı Bakıda keçiriləcək. Ona görə Budapeştdə qazana bilmədiyim qızıl medalı Vətənimdə əldə etmək istərdim. Bakıda hakimlər də mənə qarşı belə səhvlərə yol verməzlər. Gələn il dünya çempionatında gümüşü qızıla çevirmək istəyirəm.

- Budapeştdə keçirilən dünya çempionatı davam edir. Azərbaycan komandasının aktivində 2 gümüş medal var. Qarşıdakı günlərdə cüdoçularımızdan nə gözləyirsən?

- Son mundialda komandamız medal qazanmayıb. Ona görə bu dəfə daha yaxşı nəticə əldə edəcəyimizə ümid böyükdü. İki gümüş medal son deyil. Qarşıdakı günlərdə komandamızın digər üzvləri var, onlara uğurlar arzu edirik. Azərbaycan himninin Budapeştdə səslənəcəyinə inanırıq.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30