29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Məcidov dünya çempionatının yarımfinalında

Almaniyanın Hamburq şəhərində keçirilən kişi boksçular arasında dünya çempionatında 1/4 final mərhələsi başa çatıb.

Futbolxeber.az saytının məlumatına görə, mərhələnin son döyüşündə Azərbaycan millisinin lideri Məhəmmədrəsul Məcidov gücünü yoxlayıb.

+91 kq çəki dərəcəsində rinqə çıxan ikiqat dünya çempionumuz Camili-Dini Aboudo-Moindze (Fransa) ilə üz-üzə gəlib. Görüş boksçumuzun 3:2 (27:30, 30:27, 28:29, 30:27, 29:28) hesablı qələbəsi ilə yekunlaşıb. O, yarımfinala yüksəlməklə, ən azı bürünc medalı da təmin edib.

Bu, təmsilçilərimizin Hamburqda təmin etdiyi ikinci mükafat olub. Məcidovdan öncə Kamran Şahsuvarlı (75 kq) da 1/4 final döyüşünü qələbə ilə başa vurub. Onların qazanacağı medalın əyarı isə növbəti döyüşlərdən sonra dəqiqləşəcək.

Məcidov sentyabrın 1-də keçiriləcək 1/2 finalda avstraliyalı Jozef Qudelli sınağa çəkəcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31