25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

DÇ: Cüdoçumuz finalda uduzdu

Macarıstanın paytaxtı Budapeştdə cüdo üzrə dünya çempionatına start verilib.

Futbolxeber.az saytının məlumatına görə, 60 kq çəki dərəcəsində yarışan Orxan Səfərov mübarizəyə 1/16 finaldan başlayıb. O, öncə bolqarıstanlı Yanislav Çerçevi mübarizədən kənarlaşdırıb. Güləşçimiz 49 saniyəyə rəqibini üstələyib.

1/8 finalda portuqaliyalı Qonsalo Mansinyonu 30 saniyəyə məğlub edən Səfərov yarımfinala vəsiqə uğrunda qazaxıstanlı Eldost Smetovla qarşılaşıb. Orxan bu rəqibinə də vaxtından əvvəl qalib gələrək yarımfinalda özbəkistanlı Diorbek Urozboyevlə qarşılaşıb. Rəqibinə ipponla qalib gələn idmançımız finala yüksəlib.

Orxanın həlledici qarşılaşmada rəqibi yaponiyalı Noişa Takato olub. Bu görüşdə məğlub olan cüdoçumuz gümüş medalla kifayətlənib.

Qadınların mübarizəsində 48 kq çəki dərəcəsində yığmamız iki idmançı ilə təmsil olunub. 1/32 finaldan mübarizəyə qoşulan Bazarraqça Erdenebat ilk görüşdə rumıniyalı Aleksandra Popla qarşılaşıb. İdmançımız ilk görüşündəcə uduzub.

48 kq çəkidə digər təmsilçimiz Leyla Əliyeva da uğursuz çıxış edib. O, 1/16 finalda yaponiyalı Funa Tanakeyə uduzub.

Qeyd edək ki, Azərbaycan yığması Macarıstana 17 cüdoçu (9 kişi, 8 qadın) ilə yollanıb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30