19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Azərbaycan reytinq cədvəlində ikinci “onluq”dadır

Beynəlxalq Voleybol Federasiyası (FİVB) qadın komandaları arasında yeni reytinq cədvəlini açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, iştirak etmədiyimiz Qran-prinin yekununa əsasən müəyyənləşən siyahı Azərbaycan millisi üçün uğurlu alınıb.

Belə ki, komandamız son 3 ildə aktivinə xal əlavə edə bilməsə də, mövqeyini qoruyub. Faiq Qarayevin yetirmələri 33 xalla dünyanın 24-cü millisidi.

Avro-2017-də rəqibimiz olacaq Almaniya və Polşa da yerini dəyişməyib. Onlar müvafiq olaraq, 64 xalla 13-cü və 39 xalla 22-cidi. Qrupumuzda yer alan digər komanda – Macarıstan isə 3 pillə irəliləyib. Aktivindəki xalların sayını 20-yə çatdıran rəqibimiz 30-cu yerə qalxıb.

Siyahıya Qran-pridə 4-cü olan Çin başçılıq edir. Onlar 330 xala malikdi. İkinci yerdə ABŞ (298), üçüncü pillədə Serbiya (272) qərarlaşıb. Qran-prinin qalibi Braziliya aktivinə 50 xal əlavə etsə də, 4-cü yerdə qalıb (230 xal).

Qeyd edək ki, yığmamız Avropa Voleybol Konfederasiyasının siyahısında isə 16-cıdı.


apasport.az


Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30