24 Aprel 2024, Çərşənbə
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”

Digər idman növləri

Millimizin üzvü: "Bu sualdan sonra o yerlər üçün darıxdığımı anladım"

Azərbaycanın voleybol üzrə qadınlardan ibarə milli komandasının oyunçusu Ayşən Əbdüləzimova Azərbaycan Voleybol Federasiyasının rəsmi "Facebook" səhifəsindən azarkeşlərin suallarını cavablandırıb.

Futbolxeber.az saytı həmin müsahibəni təqdim edir.

- Ayşən neçə yaşında voleybolla məşğul olmağa başlayıb? Ona voleybola sevdirən nə olub?

- Voleybolla 8 yaşdan məşğul olmağa başlamışam. Voleybolu mənə sevdirən elə voleybolun özü olub (gülür). Bu idman növünü həmişə sevirdim. Şadam ki, bu yolu seçdim.

- İnşallah, səni Avropa klublarında görərik...

- İnşallah. Mən bu haqda hələ heç nə deyə bilmərəm. Daha doğrusu, indi bu haqda düşünmürəm. Çünki hal-hazırda bütün fikirlərim milli komanda ilə bağlıdı.

- Ən sevimli azarkeşlərin kimlərdi?

- Sözsüz ki, valideynlərim.

- Ən sevdiyin oyunçu kimdi?

- Vaxtilə İtaliya millisində çıxış etmiş Simona Gioli.

- Əslən şəkili olan Ayşən sonuncu dəfə Şəkidə nə vaxt olub?

- Düzünü desəm, xatırlamıram. Amma Şəkini çox sevirəm. Bu sualdan sonra o yerlər üçün darıxdığımı anladım. Boş vaxtım olan kimi oralara mütləq gedəcəyəm.

- Gələcəkdə məşqçi olmağı fikirləşirsiniz?

- Perspektivdə hər şey ola bilər. Amma bu sual məncə 3-4 ilə həll olunan və ya cavabı tapılan suallardan deyil. Mən hələ oynamaq istəyirəm. Gələcəyi isə zaman göstərəcək.

- Karyeranızda ən çətin və ən yaddaqalan qarşılaşma hansıdır?

- 2014-cü ildə keçirilən dünya çempionatının (DÇ) ilk oyununu qeyd edərdim. Dünya reytinqində 3-cü olan yaponlarla qarşılaşırdıq. O matç yaddaşımdan silinməz. DÇ-də debüt oyunum idi. Yadımdadır ki, qarşılaşmaya pis başladıq, amma toparlanıb tay-brekdə qalib gələ bildik. Bu oyunu həm ən çətin, həm də ən yaddaqalan matçım kimi dəyərləndirərdim.

- Karyeranızı nə vaxt bitirəcəksiniz?

- Görsəm ki, voleybol artıq mənə həzz vermir, oyunun ləzzətini hiss edə bilmirəm və ya kiminsə yerini haqsız olaraq tuturam, karyeramı bitirəcəyəm. Ancaq ona qədər hələ var.

- 20 yaşdan sonra voleybol oynamağa başlaya bilərəm?

- Həvəskar səviyyədə, əlbəttə ki.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30