29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Avropa çempionatı başa çatmaq üzrədir

Danimarkanın Herninq şəhərində velosiped idmanının şosse növüüzrə Avropa çempionatı başa çatmaq üzrədir. Futbolxeber.az saytının məlumatına görə, gənclər, 23 və Elit kateqoriyasıüzrə təşkil olunan yarışda 5 idmançımız mübarizə aparıb.

Avropa çempionatı davam edən günlərdə Danimarkada müşahidə olunan yağışlı hava şəraiti yarışın gedişinə təsirsiz ötüşməyib. Məsələn, 152 gənc velosipedçidən yalnız 117-si məsafəni başa vurmağı bacarıb. Yığma üzvlərimizə gəlincə, finişə 25 km qalmışİvan Orlov təkər deşilməsi, 8 km qalmış isə Mikayıl Səfərli toqquşma nəticəsində qiymətli vaxt itkisinə məruz qalıb vəəsas pelotondan aralı düşüb. Buna rəğmən, velosipedçilərimiz 120,6 km məsafəni başa vurmağı bacarıblar.

157 velosipedçinin starta çıxdığı U-23 yaş kateqoriyasında 160,8 km məsafəyə mübarizə zamanı da eyni hadisələr yaşanıb – Kənan Qəhrəmanlıvə daha 20 iştirakçı qəza səbəbindən yarışı başa vura bilməyibsə, finişə 300 metr qalmış növbəti qəza Elgün Əlizadənin qızıldan qiymətli saniyələr itirməsi ilə nəticələnib və o çempiona 11 saniyə uduzmaqla 69-cu olub.

Qadın velosipedçimiz Yelena Pavluxinaya gəlincə, fərdi ötüşmədə 15-ci yeri tutan təmsilçimiz 120,6 km məsafyə qrup ötüşməsində çempion olmuş hollandiyalı idmançıdan 18 saniyə geri qalmaqla 97 nəfər arasında 35-ci nəticə göstərib.

U-23 yaş kateqoriyasında qalib olmuş danimarkalı idmançıya çempion köynəyini və qızıl medalı Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov təqdim edib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31