19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Mahir Məmmədov: “Teymur Rəcəbov heç vaxt belə parlaq oyun nümayiş etdirməmişdi”

“Teymuru təbrik edəndə də xüsusi vurğuladım ki, onun belə asanlıqla turnir udmağı yadıma gəlmir. Bu günə qədər Rəcəbov bir çox mötəbər yarışların, super turnirlərin qalibi olub. Amma heç vaxt belə parlaq oyun nümayiş etdirməmişdi”.

Futbolxeber.az saytına müsahibəsində bu sözləri Azərbaycan Şahmat Federasiyasının vitse-prezidenti Mahir Məmmədov təcrübəli şahmatçımız Teymur Rəcəbovun Cenevrədə keçirilən FİDE Qran Prisinin qalibi olmasını şərh edərkən deyib.

Mahir Məmmədov vurğulayıb ki, hər iki şahmatçımızın İddiaçılar turnirinə qatılmaq şansı var: “Həm Teymurun, həm də Şəhriyarın İddiaçılar turnirinə qatılmaq şansı davam edir. Ən yaxşı şans Teymurdadı. Çünki xoşbəxtliyi öz əlindədir. Bəxtimiz gətirsə, Çin və Fransa şahmatçılarını qabaqlamaq mümkün olsa, həm Şəhriyar Məmmədyarov, həm də Teymur Rəcəbov İddiaçılar turnirinə qatıla bilərlər. Qran Prinin son mərhələsi noyabrda Malyorkada keçiriləcək. Ümidimiz böyükdür”.

Son illər ərzində Bakı şahmat üzrə əksər mötəbər beynəlxalq turnirlərə ev sahibliyi edib. Ölkəmizdə yaxın gələcəkdə hansısa mötəbər yarışın keçirilib-keçirilməməsi ilə bağlı sualı federasiya rəsmisi belə cavablandırıb: “Hazırda planımızda FİDE-nin təqviminə daxil olan hansısa mötəbər yarışa ev sahibliyi etmək yoxdur. Bildiyiniz kimi, Vüqar Həşimovun xatirə turniri növbəti il beşinci dəfə keçiriləcək. Həmin yarışın çox yüksək səviyyədə təşkili nəzərdə tutulub. Böyük festival olacaq, superturnir keçiriləcək. Fürsətdən istifadə edib, Vüqar Həşimovun xatir turnirinin yüksək səviyyədə təşkilində böyük rolu olan “Synergy Group”a minnətdarlıq edirəm”.

Mahir Məmmədov qeyd edib ki, bu il Tbilisidə keçiriləcək dünya kubokunda 2 şahmatçımız mübarizə aparacaq: “Azərbaycan bu il hansısa böyük turnirə ev sahibliyi etməsə də, şahmatçılarımızı bir çox maraqlı yarışlar gözləyir. Sentyabrda Gürcüstan paytaxtında Dünya Kuboku olacaq. Bu yarışda 2 şahmatçımız mübarizə aparacaq. Şəhriyar Məmmədyarov ötənilki yarışdakı nəticəsinə görə dünya kubokuna qatılmaq hüququ qazanıb. Teymur Rəcəbov isə ev sahiblərinin sponsorlara verdiyi nominasiya sayəsində yarışda iştirak edəcək. Dünya Kubokunun sponsorlarından biri də “Socar Georgia”dır. Hər iki şahmatçımıza uğurlar arzulayırıq. Krit adasında Avropa çempionatı keçiriləcək. Azərbaycan yığması qitə birinciliyində ənənəvi olaraq uğurla çıxış edir. Oktyabrda klublar arasında Avropa kuboku keçiriləcək. “Odlar Yurdu”nun həm qadınlardan, həm də kişilərdən ibarət kollektivləri çempionata qatılacaq”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30