20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

AzVİF Avropa çempionatında təqdimat keçirdi

Fransanın Bordo şəhərində velosiped idmanının BMX növü üzrə Avropa çempionatına yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, yarışda Avropa Velosipedçilər Birliyinin rəsmi nümayəndəsi kimi Azərbaycan Velosiped İdmanı Federasiyasının 1-ci vitse-prezidenti, qurumun Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov iştirak edib.

26 ölkədən müxtəlif yaş qrupları üzrə 1750 idmançının iştirak etdiyi Avropa çempionatından əvvəl komanda rəhbərlərinin iştirakı ilə toplantı keçirilib. Tədbirdə çıxış edən Avropa Velosipedçilər Birliyinin Rəhbər Komitəsinin üzvü Sahib Ələkbərov iştirakçı ölkələrin təmsilçilərini Birliyin Rəhbər Komitəsi adından salamlayaraq populyarlığı gündən-günə artan bu yarışların xüsusi önəm daşıdığını vurğulayıb və iştirakçılara uğurlar arzulayıb.

Sonra çempionatın təşkili və BMX idmanının gələcək inkişaf perspektivləri ilə bağlı məsələlər geniş müzakirə edilib. Müzakirələrdən sonra 2-12 avqust, 2018-ci il tarixlərində Böyük Britaniyanın Qlazqo şəhərində keçiriləcək idmanın 6 növü (o cümlədən, velosiped idmanının 4 növü) üzrə Birləşmiş Avropa Çempionatları və 2018-ci il, iyun ayının 5-9 tarixlərində Azərbaycanın paytaxtı Bakı şəhərində təşkil olunacaq BMX üzrə Dünya Çempionatı haqqında təqdimatlar keçirilib.

Tədbir iştirakçılarına ölkəmiz, onun mədəniyyəti, Azərbaycanda idmana dövlət qayğısı, Bakı-2015 ilk Avropa Oyunları, Bakı-2017 4-cü İslam Həmrəyliyi Oyunları, Formula-1, “Tour d’Azerbaidjan" və digər böyük idman tədbirləri barədə məlumatları özündə əks etdirən videoçarx nümayiş etdirilib. Azərbaycanda keçiriləcək 2018-ci il Dünya Çempionatını səbirsizliklə gözlədiklərini deyən Avropa Milli Federasiyalarının nümayəndələri böyük məmnuniyyətlə ölkəmizə səfər edəcəklərini bildiriblər.

Maraqlıdır ki, BMX üzrə Avropa çempionatının kişilər arasında Elit kateqoriyasında qalib olmuş fransalı idmançı Joris Dode və gümüş medalçı, hollandiyalı Tvan van Gendt Bakı-2015 ilk Avropa Oyunlarında da müvafiq olaraq fəxri kürsünün ilk 2 pilləsində qərarlaşmışdılar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30