18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

Teymur Rəcəbov FİDE Qran Prisinin qalibi oldu

Azərbaycan şahmatçısı Teymur Rəcəbov İsveçrənin Cenevrə şəhərində keçirilən FİDE Qran Prisinin qalibi olub.

Futbolxeber.az saytının məlumatına görə, təcrübəli qrossmeysterimiz 9 turluq mübarizənin yekununda 6 xalla rəqibləri üçün əlçatmaz olub.

Azərbaycanın digər təmsilçisi Şəhriyar Məmmədyarov isə 5 xalla 4-10-cu yerləri bölüşüb.

Nəticədə Rəcəbov 20 min, Məmmədyarov isə 11 min avro mükafata sahib olub.

Qeyd edək ki, FİDE Qran Prisi 4 seriyadan ibarətdir. 24 şahmatçı bunların yalnız 3-də çıxış edir. Artıq 3 seriya başa çatıb. Aktivində 340 xal olan Şəhriyar Məmmədyarov 1-ci, 241,43 xala malik Teymur Rəcəbov isə 4-cü pillədə qərarlaşıb. 4-cü seriya 15 - 26 noyabrda İspaniyanın Palma de Malyorka şəhərində təşkil olunacaq. Məmmədyarov artıq 3 seriyaya qatıldığı üçün sonuncudan kənarda qalacaq. Rəcəbov isə iştirakçılar siyahısında olacaq. Reqlamentə əsasən, 4 seriyalıq FİDE Qran Prisinin yekununda ilk 2 yeri tutan şahmatçılar İddiaçılar Turnirinə vəsiqə qazanırlar.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30