29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Güləş Federasiyasından Toğrulla bağlı mühüm açıqlama

“Toğrul Əsgərov Türkmənistana sadəcə tədbirə gəlmişdi. Biz onunla tanış olduq”.

Futbolxeber.az saytının məlumatına görə, bu sözləri Türkmənistan Güləş Federasiyasının prezidenti Tahir Xanməmmədov deyib.

O bildirib ki, Azərbaycan güləş yığmasının üzvü, Olimpiya Çempionu Toğrul Əsgərovun bu ölkənin millisində çıxış edəcəyi barədə xəbərlər həqiqətə uyğun deyil:

“Bu xəbərlər yalandır və Toğrula heç bir təklif olmayıb. Ölkəmizə bir neçə tanınmış güləşçi dəvət etmişdik. Eyni zamanda, Azərbaycan Güləş Federasiyasına da dəvət göndərmişdik. Onlar da bura Toğrulla Hacı Əliyevi yollamışdılar. Görüşdük, tanış olduq. Amma milliyə dəvət edək deyə bir məsələ yoxdur”.

Qeyd edək ki, dünən Toğrul Əsgərovun Azərbaycan millisini tərk edərək Türkmənistan bayrağı altında yarışlara qatılacağı haqqında xəbərlər yayılmışdı. Eyni zamanda, federasiya ilə güləşçilər arasında da müəyyən anlaşılmazlığın, narazılığın olduğu bildirilir.

Azərbaycan Güləş Federasiyası isə hələlik bu barədə heç bir açıqlama verməyib (qafqazinfo.az).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31