19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Yığmamız Xorvatiyaya bu heyətlə yollanır

Yeniyetmə və gənclədən ibarət seçmə komandanın bir sıra üzvü Dünya Kuboku yarışında iştirak edəcək. Futbolxeber.az-ın məlumatına görə, yığmamızın Xorvatiyanın Umaq şəhərində təşkil olunacaq turnirə gedəcək heyəti açıqlanıb. 
 
Federasiyadan bildirilib ki, 14-15 yaşlı yeniyetmələr arasında Fərid Ağayev (-52 kq), Rüfət İskəndərov (-52 kq), Hüseyn Məmmədli (-57 kq), Tale Yaqubov (-57 kq), Elçin Quliyev (-57 kq), Fərid Abdulkərimov (-63 kq), Rəşid Xudaverdiyev (-63 kq), Hüseyn Hüseynzadə (-70 kq), Ayla Rzazadə (-54 kq) və Jeyhun İsmayılov (kata) mübarizə aparacaq. 
 
16-17 yaşlı gənclərdə Müseib Məmmədov (-55 kq), Tural Yaqubov (-68 kq), Murad Balakişiyev (-76 kq), Musa Sarızadə (+76 kq), Fidan Teymurova (-48 kq)və Mədinə Sadıqova (-53 kq) çıxış edəcək. 
Onlardan başqa 12-13 yaşlılar arasında perspektivli idmançılardan Fərid Savadov, Namiq Quliyev və Fidan Dadaşova da təcrübələrini artırmağa çalışacaqlar.
 
Azərbaycan Milli Karate Federasiyasının prezidenti, Dünya Karate Federasiyası Texniki komitəsinin üzvü və Avropa Karate Federasiyası İdarə heyətinin üzvü Yaşar Bəşirovun rəhbərliyi ilə rəsmi yarış ayollanan heyətdə 14-18 yaşlı yeniyetmə və gənclərin baş məşqçisi Anar Allahverdiyev, 21 yaşadək gənclərin baş məşqçisi Şahin Xudaverdiyev, eləcə də beyəlxalq hakimlərdən Jahangir Babayevlə Vüqar Kərimov yer alıb. 
 
Yeniyetmə və gənclər arasında Dünya Kuboku, 2018-ci il Yeniyetmələrin olimpiadasında karate yarışlarına lisenziya verən 3 rəsmi yarışdan birincisi olacaq. Maliyyə çətinliyi səbəbindən seçmə komandamız yarışda tam heyətlə iştirak edə bilmir.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30