24 Aprel 2024, Çərşənbə
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

Boksçumuz bürünc medalı təmin etdi

Ukraynanın Xarkov şəhərində keçirilən kişi boksçular arasında Avropa çempionatında yarımfinalçıların adları müəyyənləşib. Futbolxeber.az-ın məlumatına görə, bu gün keçirilən 1/4 final mərhələsində Azərbaycan yığmasının 5 üzvü qüvvəsini sınayıb və onlardan biri döyüşünü qələbə ilə başa vurub. 
 
Millimizin heyətində ilk olaraq rinqə Lorenzo Sotomayor  çıxıb. 64 kq çəki dərəcəsində mübarizə aparan Olimpiya mükafatçımız Mateuş Polski (Polşa) ilə üz-üzə gəlib. Görüş rəqibin 5:0 hesablı qələbəsi ilə yekunlaşıb. 
 
Ardınca Kamran Şahsuvarlı (75 kq) gücünü yoxlayıb. Rio-2016-nın bürünc medalçısı Silvio Şyerle (Almaniya) ilə qüvvəsini sınayıb. Döyüş 4:1 hesabı ilə boksçumuzun xeyrinə başa çatıb. O, yarımfinala yüksəlməklə, özü üçün ən azı bürünc medalı da təmin edib.  
 
Şahsuvarlı iyunun 23-də baş tutacaq 1/2 finalda macarıstanlı Zoltan Harcsa ilə qüvvəsini sınayacaq.  
 
Abdulqadir Abdullayev ilk döyüşdəki uğurunu təkrarlaya bilməyib. 91 kq dərəcəsində yarışan boksçumuz 1/4 finalda Çeavan Klarka (İngiltərə) məğlub olub. 
 
Yarımfinala gedən yolda Pərviz Bağırov (69 kq) da büdrəyib. Yevgeni Barabanovla (Ukrayna) qarşılaşan həmyermiz qalib gələ bilməyib – 0:3. 
 
1/4 finalda son təmsilçimiz Məhəmmədrəsul Məcidov (+91 kq) isə fransalı Camili-Dini Aboudo-Moindzeyə məğlub olub. Rəqib 3:2 hesablı qələbə sayəsində mərhələ adlayıb. 
 
Qeyd edək ki, 1/4 finalda mübarizə aparmış 5 boksçumuzun hər biri bu mərhələyə yüksəlməklə dünya çempionatında iştirak hüququ qazanmışdı. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30