25 Aprel 2024, Cümə axşamı
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi
Zubir Liqa 1 klubunun hədəfində

Digər idman növləri

Yığmamızın Avropa çempionatı üçün heyəti açıqlandı

Kişi boksçulardan ibarət Azərbaycan milli komandasının iyunun 16-da Ukraynanın Xarkov şəhərində start götürəcək Avropa çempionatı üçün heyəti müəyyənləşib. Futbolxeber.az-ın məlumatına görə, 9 gün davam edəcək yarışda ölkəmiz tam heyətlə təmsil olunacaq.
 
Federasiyadan bildirilib ki, baş məşqçi Leonid Loivskinin rəhbərlik etdiyi məşqçilər korpusu qitə çempionatında 10 boksçuya şans verəcək.
 
Ukraynalı mütəxəssis IV İslam Həmrəyliyi Oyunları ilə müqayisədə bir sıra dəyişikliklər edib. O, qitə birinciliyində dünya çempionu Elvin Məmişzadə, Rio-2016-nın gümüş medalçısı Lorenzo Sotomayor və Avropa Oyunlarının qalibi Abdulqadir Abdullayevin də rinqə çıxması qərara alınıb. Həmçinin Məsud Yusifzadə 49 kq çəki dərəcəsində gücünü yoxlayacağı halda, Eldar Quliyev 81 kq çəki dərəcəsində nəyə qadir olduğunu nümayiş etdirəcək. Pərviz Bağırov da Xarkova yollanacaq heyətə salınıb.
 
Komandamızın heyəti aşağıdakı kimidir:
 
49 kq. Məsud Yusifzadə
52 kq. Elvin Məmişzadə
56 kq. Tayfur Əliyev
60 kq. Cavid Çələbiyev
64 kq. Lorenzo Sotomayor
69 kq. Pərviz Bağırov
75 kq. Kamran Şahsuvarlı
81 kq. Eldar Quliyev
91 kq. Abdulqadir Abdullayev
+91 kq. Məhəmmədrəsul Məcidov
 
Qeyd edək ki, Bakıdakı təlim-məşq toplanışını bu gün başa vuracaq yığmamız hazırlığın son mərhələsini Xarkovda keçəcək. Boksçularımız Ukraynaya iyunun 4-də yollanacaqlar.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30