29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Güləşçilərimiz Türkiyədən 6 medalla qayıtdı

Türkiyənin Antalya şəhərində gənclər arasında 20-ci "Çempionlar" beynəlxalq turniri keçirilib. 
 
Futbolxeber.az-ın məlumatına görə, turnirdə sərbəst və qadın güləşi üzrə yığma komandanın üzvləri iştirak edib. Güləşçilərimiz turnirdən 1 qızıl və 5 bürünc medalla qayıdıb. 
 
Məşqçi Rövşən Hacıyevin rəhbərliyi altında mübarizə aparan sərbəst güləşçilərimiz turniri 1 qızıl və 3 bürünc medalla tamamlayıb. 
 
66 kq-da mübarizə aparan Pənah İlyaslı bütün rəqiblərindən üstün olaraq turnirin qızıl medalına sahib olub. Şahin Muxtarov (50 kq), Abubakr Abakarov (74 kq) və Asxab Həmzətov (96 kq) isə bürünc medal qazanıb. 
 
Məşqçi İsaməddin Hüseynovun rəhbərliyi altında turnirə qatılan gənc qızlarımız isə yarışı 2 bürünc medalla başa vurub. 
 
48 kq-da yarışan Türkan Nəsirova və 51 kq çəkidə mübarizə aparan Tatyana Varantsova fəxri kürsünün üçüncü pilləsində qərarlaşıb. 
 
12 ölkədən 400-ə yaxın idmançının mübarizə apardığı turnirdə görüşlərin idarə edilməsində ölkəmizi beynəlxalq dərəcəli hakim Elman İsmayılov təmsil edib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31