29 Mart 2024, Cümə
XXXI və XXXII turun oyun cədvəlləri
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə

Digər idman növləri

Mayk Tayson Bakıya gələcək

Bu il oktyabrın 1-dən 6-na qədər Bakıda Dünya Boksçu Şurasının (WBC) 55-ci illik konvensiyası keçiriləcək. Bu barədə təşkilatın prezidenti Maurisio Süleyman bildirib.

Maraqlıdır ki, bu tədbirin əvvəlcə Astanada keçirilməsi planlaşdırılmışdı. Lakin WBC rəhbərliyi konvensiyanın keçiriləcəyi yeri dəyişdirib. Bildirilir ki, toplantıya WBC-nin tərkibinə daxil olan 165 ölkənin nümayəndələri qatılacaq. Təşkilatın saytında göstərilir ki, tədbirin yerinin Astanadan Bakıya dəyişdirilməsində idman və gənclər naziri Azad Rəhimovun rolu böyük olub.

Qazaxıstanda isə WBC-nin bu qərarından təəcüblənirlər. Qazaxıstan Boks Federasiyasının prezidenti Yerlan Bekxojin bildirib ki, bu qərar onun üçün anlaşılmaz sürpriz olub. “WBC nümayəndələri şərtlərə baxmaq üçün Astanaya gəlmişdilər və hər şeydən razı qaldılar. Bizim aramızda razılaşma var idi, ancaq Maurusio hər şeydən əvvəl biznesmendir. Harada yaxşı şərt təklif etsələr oranı seçir” - Bekxojin deyib.

O bildirib ki, Qazaxıstan nümayəndə heyəti də Bakıdakı tədbirə qatılacaq. “Olanlara sakit yanaşmaq lazımdır. Bu, biznesdir. Böyük faciə yoxdur. Bizim imicimizə zərər dəyməyib, biz konvensiyanı növbəti illərdə də keçirə bilərik”.

Qazaxıstan toplantını keçirmək üçün ötən il müraciət etmişdi və konvensiyanın keçirilməsi üçün Astana dekabr ayında seçilmişdi. Bu tədbirdə Qazaxıstan dünya boksunun ulduzları Floy-Meyvezeri, Mayk Taysonu və digərlərini qarşılamağa hazırlaşırdı. İndi isə həmin ulduzlar Bakıya gələcəklər (virtualaz.org).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31