24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

"Tour d’Azerbaidjan-2017"dəki təşkilatçılıq yüksək qiymətləndirildi

Mayın 3-7-də keçirilmiş 2.1 kateqoriyalı "Tour d’Azerbaidjan-2017" veloturunun yüksək təşkilatçılığı Beynəlxalq Velosipedçilər İttifaqı (UCI) tərəfindən yüksək qiymətləndirilib.

Futbolxeber.az saytının məlumatına görə, Azərbaycan Velosiped İdmanı Federasiyasına (AzVİF) UCI-dan daxil olmuş məktubda qeyd olunur ki, beynəlxalq federasiyanın şosse velosipedi üzrə yarışlarının komissarları "Tour d’Azerbaidjan-2017"yə olduqca yüksək qiymət veriblər. Bütün mərhələlər zamanı təhlükəsizlik tədbirlərinin yüksək səviyyədə təmin olunması da məktubda xüsusi qeyd olunub.

Xatırladaq ki, 5 mərhələdən ibarət "Tour d’Azerbaidjan-2017" veloturunda planetin 18 ölkəsindən 6-sı Pro-Kontinental, 16-sı kontinental olmaqla ümumilikdə 22 komanda iştirak edib. Ümumi təsnifatda yarışın ən yaxşı velosipedçisi adına isə Azərbaycanın Elit yığması və "Synergy Baku" kontinental klubunun üzvü Kiril Pozdnyakov layiq görülüb. Bundan başqa, o "Tour d’Azerbaidjan-2017"nin ən yaxşı dağ velosipedçisi köynəyinə də yiyələnib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30