18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Taekvandoçularımız daha 1 qızıl və 1 bürünc medal qazandılar

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarının taekvando yarışlarının sonuncu günündə - mayın 18-də Azərbaycan idmançıları bir qızıl və bir bürünc medal qazanıblar.

Futbolxeber.az saytının məlumatına görə, bununla da taekvandoçularımız İslamiadada 6 qızıl, 2 gümüş və 1 bürünc medala sahib olublar.

Bakı İdman Sarayında keçirilən yarışların üçüncü günündə kişilər arasında 63, 74 və 87, qadınların mübarizəsində isə 62 və 73 kiloqram çəki dərəcələrində idmançılar mübarizə aparıblar. Yarışların sonuncu günündə Azərbaycanın üç kişi və bir qadın idmançısı gücünü sınayıb.

İdmançımız Ramin Əzizov (87 kq) finalda iranlı Əhməd Məhəmmədiyə 14:12 hesabı ilə qalib gələrək İslamiadada Azərbaycan taekvandoçularının aktivinə altıncı qızıl medalı yazdırıb.

Qaliblərin mükafatlandırılması mərasimində idmançılara medalları Azərbaycan Taekvondo və Boks Federasiyalarının prezidenti Kəmaləddin Heydərov təqdim edib.

Ölkəmizi 74 kiloqram çəki dərəcəsində təmsil edən Səid Quliyev isə dörddəbir finaldakı ilk görüşündə Surinam idmançısı Toş Van Diykə 17:19 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. Bu çəki dərəcəsində qızıl medalı özbəkistanlı Nikita Rafaloviç, gümüşü iranlı Əhməd Seyid Xosrovfar, bürünc medalları isə Surinam idmançısı Toş Van Diyk və iordaniyalı Anas Aladarbi əldə ediblər.

Qadınların mübarizəsində 62 kiloqram çəki dərəcəsində dörddəbir finalda dayanq üzərinə çıxan qadın idmançımız Darya Şkurko Mərakeş təmsilçisi Sukayna Əl Auniyə 8:10 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb. Bu çəki dərəcəsində qızıl medalı türkiyəli İrem Yaman, gümüşü özbəkistanlı Umida Abdullayeva, bürünc medalları isə Mərakeş təmsilçisi Sukayna Əl Auni və iordaniyalı Şahd Tarman aktivlərinə yazdırıblar.

Yarışlarda 73 kiloqram çəki dərəcəsi üzrə qadınların mübarizəsində qızıl medala türkiyəli Sude Bulut, gümüşə iranlı Melika Vakili Mirhüseyn, bürünc medallara qazaxıstanlı Cansel Deniz və iordaniyalı Vaad Tarman sahib olublar.

Beləliklə, “Bakı-2017”nin taekvando yarışlarında Azərbaycan idmançıları 6 qızıl, 2 gümüş və 1 bürünc medal qazanıblar. Qızıl medallara Yaprak Eriş (57 kq), Patimat Abakarova (49 kq), Ayxan Tağızadə (68 kq), Milad Beigi Hərçəqani (80 kq), Radik İsayev (+87 kq) və Ramin Əzizov (-87 kq) sahib olublar. Qaşım Maqomedov (54 kq) və Fəridə Əzizova (67 kq) gümüş, Məhəmməd Məmmədov (63 kq) isə bürünc medala layiq görülüb.

Mənbə: “Azərtac”




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30