18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

Güləşçilərimizdən 1 qızıl, 1 gümüş və 2 bürünc medal

Bakı 2017 IV İslam Həmrəyliyi Oyunlarında güləş yarışlarında ilk günə yekun vurulub.

Futbolxeber.az saytının məlumatına görə, 98 kiloqram çəki dərəcəsində mübarizə aparan güləşçimiz Orxan Nuriyev qızıl medal uğrunda görüşdə  Uzur Juzupbekovla (Qırğızıstan) qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən görüşdə Orxan Nuriyev rəqibini 5:0 hesabı ilə məğlub edərək “Bakı-2017”nin çempionu olub.

80 kq çəkidəki idmançımız Rafiq Hüseynov isə finalda Yusef Qaderianaya (İran) uduzaraq gümüş medalla kifayətlənib.

Yay Olimpiya Oyunlarının bürünc mükafatçısı, dünya və Avropa çempionu Rəsul Çunayev bürünc medalın sahibi olub. 71 kq çəki dərəcəsində mübarizə aparan idmançımız medal uğrunda  türkiyəli İlkər Sönməzlə qarşılaşıb. Rəqibinə qalib gələn Çunayev “bürünc”lə kifayətlənməli olub.

59 kq çəkidə çıxış edən Murad Məmmədov da üçüncü olub. O, son görüşündə iordaniyalı Rayek Mustafa Alqadeyə qalib gəlib.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30