20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Fidan Əbdürrəhmanova: “Rəqiblərim çox güclü idi”

12-22 may Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika yarışlarının son günüdür.

Futbolxeber.az saytının məlumatına görə, bu gün körpücük üzərinə çəkisi 90 kq-a qədər olan qadınlar çıxıblar.  

Yığmamızın üzvlərindən Fidan Əbdürrəhmanova medal mübarizəsinə qoşulub. Atletimiz birdən qaldırma hərəkətində 60 kq, təkanla qaldırma hərəkətində isə 75 kq-ı ram edib.Toplam 135 kq (60+75) nəticə ilə Fidan Əbdürrəhmanova bu çəki dərəcəsində 7-ci yeri tutub.

Qadın idmançımız yarışdan sonra təəssüratlarını bölüşüb: “Mən ilk öncə məşqçilərimə təşəkkür edirəm, çünki onlar biz idmançılarla çox əziyyət çəkdilər. Bu yarışda isə rəqiblərim çox güclü idi. Mən də yaxşı çıxış etdim və nəticəmdən razı qaldım. Öz ailəmə də təşəkkür edirəm, onların duaları sayəsində buralara qədər gəlib çatmışam”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30