19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Kamran Şahsuvarlı: “Pul yox, qızıl medal haqda düşünürəm”

“Özümü yaxşı hiss edirəm. Yarımfinal döyüşüm o qədər də pis getmədi. Əsas odur ki, qələbə qazandım. Rəqibim bir az çətin rəqib idi”.

Futbolxeber.az saytına açıqlamasında bu sözləri Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında 75 kq çəkidə finala yüksələn boksçumuz Kamran Şahsuvarlı deyib.

Şahsuvarlı finalda bütün gücünü ortaya qoyacağını bildirib:

“Sabah son döyüşümdü. Finalda bütün gücümü ortaya qoyacağam. Pul mükafatını fikirləşmirəm, əsas qızıl medal qazanmaqdı. Bunun üçün də əlimdən gələni edəcəyəm”.

Təcrübəli boksçu azarkeşlərə səslənib:

“Bütün azarkeşləri sabah keçiriləcək final döyüşünə dəvət edirəm. Çox istərdim ki, gəlib, dəstək olsunlar. Çünki azarkeş dəstəyi bizə əlavə güc verir”.

Söhbətləşdi: FƏRƏC




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30