19 Aprel 2024, Cümə
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı

Digər idman növləri

Nazir açıqladı: 4 medal qazanan idmançıya 150 min veriləcək, yoxsa 600 min?

“Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında Azərbaycan idmançılarına pul mükafatlar qazandıqları medal sayına uyğun ödəniləcək.

Futbolxeber.az saytının məlumatına görə, bu barədə gənclər və idman naziri Azad Rəhimov keçirdiyi mətbuat konfransında açıqlama verib.

Nazir bildirib ki, birdən çox medal qazananlara yalnız bir medal üçün nəzərdə tutulan mükafatın ödəniləcəyi barədə söz-söhbətlər həqiqətə uyğun deyil: "Prezidentin sərəncamı var və heç bir söz-söhbət bu sərəncamı dəyişdirə bilməz".

Qeyd edək ki, İslamiadada Azərbaycan idmançılarından güllə atıcısı Ruslan Lunyov və üzgüçü Maksim Şemberev 4 qızıl medal qazanıb. Prezident İlham Əliyevin sərəncamına əsasən, qızıl medalçılara 100 min manat pul mükafatı ödəniləcək. Bundan başqa, 50 min manat isə Milli Olimpiya Komitəsi tərəfindən ödəniləcək ("Report").




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30