19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Bakı 2017: Rövşən Fətullayev bürünc medal qazandı

Bakı 2017 IV İslam Həmrəliyi Oyunlarında ağır atletika yarışları davam edir.

Futbolxeber.az saytının məlumatına görə, bu gün çəkisi 94 kq olan kişilər də körpücük üzərinə çıxıblar. Yığmamızın üzvlərindən Nailxan Nəbiyev və Rövşən Fətullayev medal mübarizəsinə qoşulublar.

Nailxan Nəbiyev birdən qaldırma hərəkətində 162 kq, təkanla qaldırma hərəkətində 198 kq-ı ram edib. Toplam 360 kq (162+198) nəticə göstərən atletimiz bu çəki dərəcəsində 7-ci yeri tutub.

Rövşən Fətullayev birdən qaldırma hərəkətində 165 kq, təkanla qaldırma hərəkətində 211 kq-ı ram edib. Toplam 376 kq (165+211) nəticə göstərən atletimiz bu çəki dərəcəsində 3-cü yeri tutub.

Fəxri kürsüdə medalı ona Azərbaycan Ağır Atletika Federasiyasının Prezidenti Cahangir Əsgərov təqdim edib.

Bu çəki dərəcəsində qızıl medala toplam 381 kq (169+212) nəticə ilə iranlı atlet Əyyub Musəvi sahib çıxıb. Gümüş medalı isə 380 kq (170+210) nəticə ilə özbəkistanlı Farxodbek Sobirov qazanb.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30