20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Ruslandan poker: özünün 4-cü, Azərbaycanın 35-ci qızıl medalını qazandı

Azərbaycan idmançısı Ruslan Lunyov IV İslam Həmrəyliyi Oyunlarında kişilər arasında 10 metr məsafədən pnevmatik tapança ilə atəşaçma yarışında qalib gələrək İslamiadada dördüncü qızıl medalını qazanıb.

Futbolxeber.az saytının məlumatına görə, təmsilçimiz 240.7 xal toplamaqla rəqibləri üçün əlçatmaz olub.

İkinci yerə türkiyəli Yusuf Dikec, üçüncü yerə isə pakistanlı Muhammad Şehzad Aktar çıxıb.

Xatırladaq ki, Ruslan Lunyov Azərbaycan yığma komandasına “Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında ilk qızıl medalı qazandırıb. O, kişilər arasında 25 metr məsafədən tapança ilə atəşaçma yarışında hamıdan dəqiq olub.

Ötən gün isə Ruslan Lunyov 25 metr məsafədən tapança ilə sürətli atəşaçma yarışında qızıl medala yiyələnib.

Mayın 15-də isə Ruslan Lunyov IV İslam Həmrəyliyi Oyunlarında üçüncü qızıl medalını aktivinə yazdırıb. İdmançımız kişilər arasında 25 metr məsafədən standart tapança ilə atəşaçma yarışında çempion olub.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30