29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Azər Əliyev: “İslamiadadakı nəticələrimizin gələcək nəsillər üçün stimul olacağına inanırıq”

Azərbaycan Ağır atletika Federasiyasının vitse-prezidenti Azər Əliyev idmançılarımızın Bakıda keçirilən IV İslam Həmrəyliyi Oyunlarındakı çıxışını dəyərləndirib.

Futbolxeber.az saytına müsahibəsində Azər Əliyev ilk öncə ağır atletlərin çıxışına toxunub: “Hazırda ağır atletika millimizin hesabında 3 medal var. Hər 3 medalı da qızlarımız qazanıb. Qazanılan 1 qızıl və 2 bürünc medaldan razıyıq. Bu gün kişilər mübarizəyə qoşulur. Onların da fəxri kürsüdə yer alacaqlarına, xüsusən qızıl medala sahib çıxacaqlarına ümid edirik”.

A. Əliyev bildirib ki, dünən İslamiadada çempion olan Anatasiya İbrahimlinin medal qazanacağına əvvəldən inanıb: “Anastasiya İbrahimlidən medal gözləyirdik. Şadam ki, o ümidlərimizi doğrultdu və qızıl medala sahib çıxdı. Səbinə Əzimova və Elnarə Abbasova da perspektivli idmançılardı. Eyni uğuru bu gün kişi idmançılarımızdan da gözləyirik”.

Ağır Atletika Federasiyasının vitse-prezidenti İslamiadada idmançılarımızın ümumi çıxışına da toxunub: “Azərbaycan milli komandasının ümumi nəticəsi çox yaxşıdır. Hazırda yalnız Türkiyədən geri qalırıq. İnanıram ki, yekun nəticədə birinci olacağıq. Qarşıda hələ güləş yarışı, eləcə də boksda finallar var ki, son nəticədə türkləri geridə qoyacağıq”.

Azər Əliyev İslamiadada qazanılan uğurların gələcək nəsillərin idmana daha böyük maraq göstərməsi üçün stimul olduğunu bildirib: “İdmanımız inkişaf edir. Yaxşı nəticələrimizin davam edəcəyinə ümid edirik. İslamiadadakı nəticələrimizin gələcək nəsillər üçün stimul olacağına inanırıq. Bundan sonra gənclərimiz idmana daha böyük maraq göstərəcəklər”.

Söhbətləşdi: FƏRƏC




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31