19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

İslamiada: 4 cüdoçumuz finalda

IV İslam Həmrəyliyi Oyunlarında cüdo yarışları davam edir.

Futbolxeber.az saytının məlumatına görə, bu gün “Bakı-2017”də 10 çəki dərəcəsində mükafatçılar müəyyənləşəcək.

 81, 90, 100, +100 kq çəki dərəcəsində kişilər, 70, +78 kq çəkidə qadınlar, 66, 73, 90 və +100 kq çəkidə isə kişilərin paracüdo yarışlarında medallar öz sahiblərini tapacaqlar.

Millimiz bu gün 3 çəki dərəcəsində 4 cüdoçu ilə təmsil olunur.

Kişilər arasında 90 kq-da mübarizə aparan Məmmədəli Mehdiyev 1/4 finalda Mixail Marçitan (BƏƏ) və yarımfinalda türkiyəli Batuhan Efemgilə qalib gəlməklə finala adlayıb. Həlledici görüşdə cüdoçumuzun rəqibi Əlcəzair təmsilçisi Abderrahman Benamadi olacaq.

100 kq-da isə 2 cüdoçumuz mübarizə aparır. Dünya və Avropa çempionumuz Elxan Məmmədov əvvəlcə Səudiyyə Ərəbistan idmançısı Sultan Manianı, daha sonra isə yarımfinalda qazaxıstanlı Viktor Demyanenkonu məğlub etməklə finala adlayıb.

Finalda isə Azərbaycan dueli baş tutacaq. Belə ki, bu çəkidə yarışan digər təmsilçimiz Elmar Qasımov Əli Ərdoğan (Türkiyə) və əlcəzairli Lyes Bouyakubla görüşdən qalin ayrılmaqla adını finala yazdırıb.

Qadınlar arasında +78 kq-da isə təmsilçimiz İrina Kindzerska Toqo idmançısı Noeline Essohanam Koronun ardından əlcəzairli Sonya Aselanı da ipponla məğlub edərək həlledici görüşə vəsiqə əldə edib. İdmançımızın finaldakı rəqibi türkiyəli Kayra Sayıt olacaq.

Qeyd edək ki, cüdo yarışlarının ilk günündə təmsilçilərimiz 4 qızıl və 5 gümüş medal qazanıblar.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30