18 Aprel 2024, Cümə axşamı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu
Qurbanov məğlubiyyəti şərh etdi
Sumqayıtda qalib aşkarlanmadı

Digər idman növləri

Rafael Ağayev: "Azarkeşlərin qarşısında baş əyirəm"

"Bu hissi gərək yaşayasan. Başqa cür çıxmasın, hər adama nəsib olmur. Lakin Rafaelin Rafael olmasında valideynlərimin, ailəmin, müəllimlərinin dəstəyi və əməyi olub".

Futbolxeber.az saytının məlumatına görə, bunu "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarında qızıl medal qazanan Azərbaycan karateçisi Rafael Ağayev təəssüratlarını bölüşərkən söyləyib.

75 kq çəkidə mübarizə aparan idmançı mükafatlandırma mərasimindən sonra keçirilən  brifinqdə jurnalistlərin digər suallarını da cavablandırıb.

- Qələbəni övladınıza həsr etdiniz?

- Övladım olub, çox gözəl hissdir. Bunu çoxları bilir. Onun doğulmasındam sonra 3-cü qızıl medalımdır.

- Hansı görüş daha çətin keçdi?

- Türkiyəli rəqibimlə demək olar ki, 7 dəfə görüşmüşük. Çox güclü rəqiblərimiz var. Hamısı göz qabağındadır.

- Atletlər Kəndində ab-hava necədir? Digər ölkələrin nümayəndələri ilə həmrəylik yarada bilmisiniz?

- 24 ildi karatedəyəm, çox rəqiblərimi tanıyıram. Döyüşmək başqa, kənar da münasibət başqa.

- Bu gün sizə yüksək səviyyədə dəstək oldu...

- Prezidentimiz çox sağ olsun, gəlib dəstək oldu. Azarkeşlərə də minnətdarlığımı bildirəm. Hamısının qarşısında baş əyirəm (“Report”).




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30