20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

“Bakı-2017”də Azərbaycan - Türkiyə finalı

“Bakı-2017” IV İslam Həmrəyliyi Oyunlarında həndbol finalçılar məlum olub.

Futbolxeber.az saytının məlumatına görə, qadınların yarışında yarımfinal mərhələsinə Azərbaycan və Özbəkistan qarşılaşması ilə start verilib.

Milli komandamız rəqibinə asanlıqla - 42:25 hesabı ilə qalib gələrək finala yüksəlib.

Qadın həndbolçularımız finalda Kamerun yığmasını 34:18 hesabı ilə məğlub edən Türkiyə kollektivi ilə üz-üzə gələcəklər.

Xatırladaq ki, qrup mərhələsində millimiz “ay-ulduzlular”ı 27:22 hesabı ilə üstələyib.

Kişi həndbolçuların yarışında isə ilk finalçı Səudiyyə Ərəbistanı həndbolçuları olub. Səudiyyə Ərəbistanı komandası yarımfinalda İraq yığmasından üstün olub - 28:24.

Finala yüksələn digər komanda isə Əlcəzair üzərində 26:22 hesabı ilə qələbə qazanan Türkiyə yığmasıdır.

Kişi və qadın həndbolçular arasında final görüşləri mayın 14-də “Sərhədçi” İdman Olimpiya Mərkəzində keçiriləcək.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30