24 Aprel 2024, Çərşənbə
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi
Tiaqo Silva: “Qələbə haqqımızdır”
“Aznur” və “Birbaşa Bakı” finalda

Digər idman növləri

Mərziyyə Məhərrəmova: “İslamiada mənim üçün həyəcanlı keçdi”

12-22 may Bakıda keçiriləcək IV İslam Oyunlarında ağır atletika yarışları davam edir.

Futbolxeber.az saytının məlumatına görə, çəkisi 48 kq olan qadınların mübarizəsində Azərbaycanı Mərziyyə Məhərrəmova təmsil edib.

O, birdən qaldırma hərəkətində 66 kq-ı ram edib. Qadın atletimiz təkanla qaldırma hərəkətində 85 kq-ı başı üzərinə qaldıra bilib. Toplam 151 kq (66+85) nəticə göstərən Mərziyyə Məhərrəmova 48 kq çəki dərəcəsində 6-cı yeri tutub.

Qadın ağır atletimiz yarışdan sonra fikirlərini AAAF TV ilə bölüşüb: “Neçə müddət idi ki, belə mötəbər yarışda iştirak etmirdim. Bu yarış mənim üçün həyəcanlı və gözəl keçdi. Açığı, belə bir nəticə gözləmirdim, çünki rəqiblər çox güclü idilər. Bununla belə göstərdiyim nəticədən razıyam. Məşqlərdə etmədiyim dərəcəni burada etdim. Məşqçilərim də çıxışımdan razı qaldılar. Federasiya prezidentimizə və hər kəsə ayrı-ayrılıqda təşəkkürümü bildirirəm, qayğı və diqqətlərinə görə də çox sağol deyirəm”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30