19 Aprel 2024, Cümə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

9 cüdoçumuz İslamiadanın finalında

Bu gün İslam Həmrəyliyi Oyunlarında cüdo yarışlarına start verilib.

Futbolxeber.az saytının məlumatına görə, mötəbər yarışın ilk günündə cüdoçular 7 çəki dərəcəsində mükafatlar uğrunda mübarizə aparırlar.

Kişilərin mübarizəsində 60 kq, 66 kq və 73 kq, qadınlarda 48 kq, 52 kq, 57 kq və 60 kq çəki dərəcəsində qaliblər müəyyənləşəcək.

İslamiadanın ilk günü milli komandamızın 9 üzvü adını finala yazdırıb. Kişilərdən ibarət millimizin üzvlərindən Orxan Səfərov (60 kq), Nicat Şıxəlizadə (66 kq), Hidayət Heydərov və Rüstəm Orucov (hər ikisi 73 kq) çempionluq üçün mübarizə aparacaq. Finalda Orxan Səfərov Türkiyə təmsilçisi Bəkir Özlü, Nicat Şıxəlizadə əlcəzairli Houd Zourdani ilə qarşılaşacaq. 73 kq çəki dərəcəsinin finalında isə Azərbaycan dueli olacaq. Hidayət Heydərovla Rüstəm Orucov bu çəkinin qalibini müəyyənləşdirəcək.

Qadınlardan isə Aişə Qurbanlı, Erdenebat Bazarraqça (hər ikisi 48 kq), Nəzakət Əzizova (52 kq), Kifayət Qasımova (57 kq) və Xanım Hüseynova (63 kq) qızıl medal uğrunda mübarizə aparacaqlar.

Xatırladaq ki, final görüşlərinə saat 18:00-da start veriləcək.

Qeyd edək ki, cüdo yarışları Heydər Əliyev adına Bakı İdman Sarayında keçirilir.

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30