19 Aprel 2024, Cümə
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Yığmamız Polşada 2 medal qazandı

Polşanın paytaxtı Varşavada kişi və qadın boksçular arasında Feliks Stammanın xatirəsinə həsr olunan beynəlxalq turnir keçirilib. Futbolxeber.az-ın məlumatına görə, XXXIV dəfə təşkil olunan A kateqoriyalı ənənəvi yarışa Azərbaycan yığması da qatılıb.
 
23 ölkənin mübarizə apardığı turnirdə millimiz 6 qadın boksçu ilə təmsil olunub. Səfərə baş məşqçi Elbrus Rzayevin rəhbərliyi altında yollanan komandamız turniri 2 medalla başa vurub.
 
Yığmamızın lideri Anna Əlimərdanova Varşavada bütün rəqiblərindən üstün olub. 57 kq çəki dərəcəsində çıxış edən Avropa Oyunlarının bürünc medalçısı finalda amerikalı Vendi Cesi ilə qarşılaşıb. 4:0 hesabı ilə qalib gələn Əlimərdanova qızıl medala yiyələnib.
 
Komandamızın aktivinə digər medalı Şəhla Allahverdiyeva yazdırıb. 69 kq çəki dərəcəsində qüvvəsini sınayan boksçumuz həlledici görüşdə almaniyalı Nadine Apitslə qarşılaşıb. 0:5 hesabı ilə məğlub olan təmsilçimiz gümüş medalla kifayətlənib.
 
Yarışı 1 qızıl və 1 gümüş medalla başa vuran qadınlardan ibarət yığmamız komanda hesabında ikinci yeri tutub.
 
Qeyd edək ki, digər boksçularımızdan Viktoriya İsmayılova (51 kq) ilə Məhsəti Həmzəyeva (57 kq) 1/8, Anaxanım Ağayeva (51 kq) və Yana Alekseyevna (60 kq) 1/4 finalda məğlubiyyətə üzülüb.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30