20 Aprel 2024, Şənbə
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları
Adi Mehremiçə 4 oyunluq cəza

Digər idman növləri

Teymur Məmmədov: “Hər birimiz İslam Oyunlarına köklənmişik”

Azərbaycan millisinin boksçusu Teymur Məmmədov Bakıda keçiriləcək IV İslam Həmrəyliyi Oyunları ilə bağlı fikirlərini açıqlayıb.

Futbolxeber.az saytının məlumatına görə, 91 çəki dərəcəsində rinqə çıxacaq 24 yaşlı idmançı mayın 12-22-də baş tutacaq yarışa hazırlığını dəyərləndirib: “Təlim-məşq toplanışımız çox yüksək səviyyədə davam edir. Güclü məşqlər keçirik. Qəbələdə fiziki çalışmaları başa vurduqdan sonra Bakıda sınaq döyüşlərində də təcrübəmizi artırırıq. Hiss edirəm ki, mən və komanda yoldaşlarım ən yaxşı formamamıza çatırıq”.

Avropa Oyunlarının və qitə çempionatının qalibi Bakı-2017-dəki hədəflərindən də danışıb. O bildirib ki, komandanın hər bir üzvü çempionluğa iddialıdır: “Düşərgəmizdə yüksək ab-hava hökm sürür. Hər birimiz İslam Həmrəyliyi Oyunlarına köklənmişik. Düzü, mən və digər boksçular qızıl medaldan başqa heç nə haqda düşünmürük. Hər birimizin məqsədi çempion olmaqdır. İslamiadada ikinci və ya üçüncü yerlər barədə fikirləşmirik. Məncə, yaxşı mübarizə aparsaq, 10 çəkinin hamısında birinci yeri tutmaq gücündəyik”.

Olimpiya Oyunlarının və dünya çempionatının mükafatçısının sözlərinə görə, Avropa Oyunlarında olduğu kimi İslam Həmrəyliyi Oyunlarında da yarışın ən güclü yığması adını qazanmağı hədəfləyiblər.

Bakıya gələcək yığmaların heyəti açıqlanmadığından T. Məmmədov da rəqibləri haqda fikri bildirməyin tez olduğunu qeyd edib: “Rəqiblər barədə hələ dəqiq nəsə deyə bilməyəcəm. Bakıya gələcək yığmalar məlumdur. Amma həmin ölkələrin bir və ya iki nömrə ilə yarışa qatılacağı barədə məlumatım yoxdur”.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30