29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Matey Müqerli: “Daim qəza qorxusunu duyursan”

“Tour d’Azerbaidjan-2017” beynəlxalq velosiped turunun üçüncü mərhələsinə start verilib. Futbolxeber.az-ın məlumatına görə, velosipedçilər Qəbələ-Şəki-Qəbələ marşrutu üzrə 177 kilometr məsafə qət ediblər.
 
Finiş xəttini ilk keçən "Amplaç" (Avstriya) komandasının üzvü Matey Müqerli olub. Qalib mükafatlandırma mərasimindən sonra baş tutan mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
 
- Dünənki mərhələ çox çətin oldu. Hamı yoruldu. Bu gün çox maraqlı mübarizə baş tutdu. Qəzalar və ötmələr çox oldu. Yaxşı komandam var. Birgə işlədik və gücümüzü tam ortaya qoyduq. Finişə 200 metr qalmış 1-ci yeri tutmaq üçün əlimdən gələni etdim və istəyimə nail oldum.
 
- Ötən il də bu mərhələdə qalib gəlmişdin. Bu yolları yaxşı bildiyin üçün sənə rahatdı?
- Artıq 4-cü dəfədi burada yarışıram. Bu da marşrutu əzbər bilməyimə kömək oldu. Ancaq qalib gəlmək üçün çox şeyə ehtiyac var. Fiziki hazırlığın qaydasında, ayaqların güclü olmalıdı.
 
- Qəzalar çox oldu. Bu sizə müsbət təsir etdi, yoxsa mənfi?
- Qəzaların olması yaxşı hal deyil. Komanda yoldaşlarını yerdə görmək heç də xoş deyil. Sprint zamanı və yoxuşa çıxarkən daim qəza qorxusunu duyursan.
 
- Ötən il "Synergy Baku"nun heyətində qalib olmuşdun. Bu il isə başqa komandanın heyətində. QƏləbələr arasında fərq var?
- Bəli, fərq var. Bakı mənim üçün doğma şəhərdi. Çünki bir müddət “Sinerji Bakı”nın üzvü olmuşam. Yenidən bu komandaya qayıda bilərəmmi? Məncə, bu sualı Fərhad Əliyevə (AzVİF-in baş katibini nəzərdə tutur – S.) versəniz, daha doğru olar”.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31