25 Aprel 2024, Cümə axşamı
Zubir Liqa 1 klubunun hədəfində
U-17 millimiz Belarusa məğlub oldu
Boksçumuz ermənini məğlub etdi
Şahin Diniyevdən qələbə şərhi

Digər idman növləri

Cüdo Federasiyasının Qusar Təlim-Məşq Mərkəzinin açılışı olub

Azərbaycan Cüdo Federasiyasının qarşısında duran prioritet məsələlərdən biri də regionlarda bu idman növünün kütləviliyi və inkişaf etdirilməsidir.

Futbolxeber.az saytının məlumatına görə, federasiyanın dəstəyi ilə bir neçə bölgədə cüdo zalları yaradılıb, standartlara tam cavab verən tatamilər düzülüb, yeniyetmələrə kimanolar verilib, yerli mütəxəssislər və məşqçilər işlə təmin olunublar. Artıq respublikamızın bütün regionlarında cüdo üzrə zona birincilikləri keçirilib, perespektivli yeniyetmələr ölkə çempionatlarında mübarizə aparıblar.

Azərbaycan Cüdo Federasiyasının rəsmiləri bu dəfə Qusar rayonunda olublar. Əvvəlcə Azərbaycan Cüdo Federasiyasının Qusar Təlim-Məşq Mərkəzinin açılışı olub. Çıxış edənlər ölkəmizdə dövlət səviyyəsində idmana göstərilən qayğını xüsusi vurğulayaraq, cüdoçularımızın son vaxtlar beynəlxalq yarışlardakı parlaq qələbələrindən söhbət açıblar. Qusar rayonunun tanınmış idman mütəxəssisləri, məşqçilər göstərilən diqqət və dəstəyə görə Azərbaycan Cüdo Federasiyasının rəhbərliyinə təşəkkürlərini bildiriblər. Yeniyetmə cüdoçulara kimanolar təqdim olunub, onlara gələcək yarışlarda uğurlar arzulanıb. Sonra cüdo zalı yeniyetmələrin istifadəsinə verilib. Bu zalda Şimal-Şərq bölgəsindən olan kiçik yaşlı yeniyetmələr cüdo idman növünün sirlərinə yiyələnəcəklər.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30