25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

“Tour d’Azerbaidjan-2017"də ilk mərhələnin qalibi: “Bunu tarixi nəticə hesab edirəm”

Bu gün ümummilli lideri Heydər Əliyevin 94-cü ildönümünə həsr olunan 2.1 kateqoriyalı “Tour d’Azerbaidjan-2017" beynəlxalq velosiped turuna start verilib. Futbolxeber.az-ın məlumatına görə, turun birinci mərhələsi Dövlət Bayrağı Meydanında başlayıb və velosipedçilər 150 kilometr qət edərək Sumqayıta çatıblar. Bu mərhələnin qalibi "Israel Cycling Academy" (İsrail) komandasının üzvü Mikel Raim olub. Mavi rəngli "Synergy" köynəyinə yiələn idmançı mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:
 
- Hesab edirəm ki, hazırda Azərbaycanda ən xoşbəxt estoniyalı mənəm. Qələbə qazanmaq sevindiricidir. Qalib olmağım üçün komanda yoldaşlarım hər şeyi etdilər.
 
- Sonuncu kilometr necə keçdi?
- İlkin planımız ondan ibarət idi ki, tez qabağa çıxmayaq. Çünki kifayət qədər küləkli hava vardı. sonuncu dövrədə ilk iki yerdən birini tutaq. Planımızda olanları etdik. Son kilometrdə komanda yoldaşlarımdan ayrıldım və önə keçdim. Digər idmançılar mənə çatmaq istədilər. Amma liderliyi əldən vermədim.
 
- Çıxışını necə qiymətləndirirsən? Qazandığın uğuru qoruya biləcəksən?
- Ayaq əzələlərim, ümumi gücüm sprintdə iştirak etməyə imkan verir. Amma mən ümumilikdə özümü ən yaxşı sprint adlandıra bilmərəm. Məndən az çəkili idmançılar var və onlar daha yaxşı nəticələr qazana bilərlər. Bu gün yaxşı imkan oldu ki, sprintdə də yaxşı olduğumu hamıya sübut etdim.
 
- Azərbaycandakı yarış və ölkə haqda fikirlərin necədi?
- Heç bir sürpriz olmadı. Artıq 3-cü dəfədir ki, bu yarışda iştirak edirəm. Avropa oyunlarında da iştirak etmişəm. Son anda yarışda iştirak edəcəyim deyildi və mən də məmnuniyyətlə razılaşdım.
 
- Qalib olduqda hansı hissləri keçirdin? Səncə birinci mərhələdə qalib gəlmək ümumi yarışın nəticəsinə necə təsir edəcək?
- Ümumilikdə millinin, yaxud komandanın forması ilə qalib olmaqda fərq görmürəm. Axıra yaxın komanda yoldaşım məni sıxışdırmağa və önə keçməyə çalışdı. Anlamadı ki, mən onun komanda yoldaşıyam. Ümumilikdə bunu tarixi nəticə hesab edirəm.
 
- Sprintdə yaxşı nəticə göstərdin. Lakin bu, sənin üçün uyğun növ deyil. 
- Buraya gəlməzdən əvvəl mən 3-cü və axırıncı mərhələlərdə yarışmağı daha üstün tuturdum. Amma bu mərhələdə də qalib gəldim.  
 
- Bu yarışda hansı komandanı daha üstün görürsən?
- Əlbəttə ki, bizim komandanın qalib gələcəyini demək istərdim. Amma bu çətin sualdı. Burada kontinental və prokontinental komandalar var. Nəticə ilə bağlı əvvəlcədən nəsə demək çətindir. 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30