18 Aprel 2024, Cümə axşamı
Adi Mehremiçə 4 oyunluq cəza
“Qəbələ”nin meneceri cəzalandırıldı
Millimizin heyəti açıqlandı
Millimiz Gürcüstana məğlub oldu

Digər idman növləri

Rusiyalı məşhur şahmatçıya Şəmkirdə sürpriz

Azərbaycanın tanınmış şahmatçısı Vüqar Həşimovun xatirəsinə həsr olunan “Shamkir Chess-2017” superturnirinin təntənəli bağlanış mərasimi zamanı rusiyalı şahmatçı Vladimir Kramnikə hədiyyə təqdim olunub.
 
Futbolxeber.az-ın məlumatına görə, azərbaycanlı şahmat həvəskarlarının xüsusi marağına səbəb olan keçmiş rusiyalı dünya çempionu Vladimir Kramnik bağlanış mərasimində sürprizlə qarşılaşıb. Belə ki, şəmkirli həvəskar rəssam Aynur Abdullayeva Vladimir Kramnikə idmançının portretini hədiyyə edib. Aynur Abdullayeva bildirib ki, bu portreti çəkməyə onu vadar edən Kramnikin Şəmkirə olan sevgisi və turnirin açılış mərasiminin gözəlliyindən təsirlənməsi olub.
 
Xanımın şəxsi əl işi olan portreti idmançıya Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Alimpaşa Məmmədov təqdim edib.
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30