25 Aprel 2024, Cümə axşamı
U-17 millimiz Özbəkistana məğlub olub
Bojoviç: “...gözləmək lazımdır”
"Zirə" və "Qarabağ" finalda
Rəşad Sadıqovdan qələbə şərhi

Digər idman növləri

Yığmamızın üzvü Yunanıstanda qalib oldu

Yunanıstanda keçirilən “DTF Prezident Kuboku” beynəlxaq yarış davam edir. Futbolxeber.az-ın məlumatına görə, turnirin ilk günü bir bürünc medal qazanan millimizin üzvləri ikinci gün daha uğurlu nəticə əldə ediblər. 
 
Böyüklərdən ibarət yığma komandamızın liderlərindən olan, Avropa çempionu, I Avropa Oyunlarının qalibi və “Rio-2016” Yay Olimpiya Ounlarının bürünc mükafatçısı Milad Beigi Hərçəqani (-80 kq) yenə də rəqiblərinə şans vermədi. Belə ki, M.Hərşəqani qarşılaşdığı Demir Burak (TUR) 26-5, Uladzislau Saulukov (BLR) 18-6, Apostolos Telikostoslovu (YUN) 17-8, John Asp (NOR) məğlub edərək finala vəsiqəni təmin edib. Həlledici döyüşdə isə Türkiyə təmsilçisi Yunis Sarı ilə qarşılaşan idmançımız rəqibə 10-1 hesabı ilə qalib gələrək qızıl medala sahib olub.
 
Qadın taekvondoçumuz Fəridə Əzizova isə Mollie Schofieldi (GBR) 12-0, Yuliya Miyutsi (RUS) və Dunja Lemajicə (SLO) 10-1 hesabı ilə qalib gələrək yarmfinal mərhələsinə adlamışdır. Lakin yarlmfinal rəqibi İsveçli Elin Yohannson keçilməz olub. Əzizova rəqibinə 3-7 hesabı ilə məğlub olaraq yarışı bürünc medalla başa vurub.
 
Gənclər arasında mübarizədə Cavad Ağayev fəqrlənib. -63 kq çəki dərəcəsində dayanq üzərinə çıxan millinin üzvü Loannis Voukakisı (YUN) 16-4, Peter Gardeni (DAN) 16-3, Yeqor Liakı (RUS) 9-4 və Zhantemir Akhmetova (RUS) qalib gəlsə də yarımfinalda məğlubiyyətlə üzləşib. Belə ki, Slovakiyalı Filip Svec gərgin keçən döyüşdən 21-25 hesabı ilə qalıb ayrılıb. 
 
Xatırladaq ki, yarışın ilk günü qadın taekvondoçumuz Yaprak Eriş (-57 kq) bürünc medala layiq görülmüşdür. İki günün nəticəsinə görə idmançılarımız I qızıl və ııı bürünc medala sahib olublar. 
 
Bir daha qeyd edək ki, bu turnirdə mükafatçılar sırasında yer alacaq idmançılar il ərzində keçirilməsi nəzərdə tutulan Avropa birinciliyi və çempionatına öz çəkilərində əlavə lisenziya əldə etmiş olacaqlar. Yarışa 30 aprel tarixində yekun vurulacaq. 
 



Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30