29 Mart 2024, Cümə
Ağabala Ramazanov qayıtdı - FOTO
"Zirə"dən ardıcıl 15-ci qələbə
“Səbail”in hücumçusu: 1 qol, 2 qələbə
U-21 millimiz Ukraynaya da uduzdu

Digər idman növləri

Uesli So Maykl Adamsla heç-heçədən danışdı

Vüqar Həşimov Memorialının II turunda reytinq favorit Uesli So (ABŞ) qara fiqurlarla Maykl Adamsla (İngiltərə) heç-heçə oynayıb.

Futbolxeber.az saytının məlumatına görə, So heç-heçəni ədalətli nəticə adlandırıb: "Adams böyük təcrübəyə malikdir. Bu mənada üstünlük əldə etməyə imkan vermədi. Bir neçə gedişdən sonra rəqibin səhv edəcəyini gözləsəm də alınmadı. Heç-heçə ədalətli nəticədir. Hərçənd yekunda yüksək yerdə qərarlaşmaq istəyiriksə qalib gəlməyə borcluyam".

Uesli So yaşadığı ABŞ-la Azərbaycan arasında olan saat fərqindən danışıb. Əslən Filippindən olan şahmatçı Şəmkirdə saat fərqiylə bağlı problem yaşamadığını bildirib: "Şəmkirdə yarışdan 3 gün əvvəl gəlməyimdə məqsəd öyrəşmək idi. Saat fərqi problem yaratmır. 3 gün Şəmkirə öyrəşməyə kifayət etdi. Yuxuyla da bağlı narahatçılıq yaşamıram. Hər gün oyunlara 1-2 saat hazırlaşıram".

İngiltərə şahmatçısı Maykl Adams reytinq favoritə qarşı ciddi hazırlaşdığını söyləyib: "So ilk turda Şəhriyara uduzandan sonra bu gün çətin olacağını bilirdim. Partiya o qədər maraqlı olmadı. Gedişlər bir neçə dəfə təkrarlandı. Ona görə heç-heçə qeydə alındı. Şəmkir turnirində özümü yaxşı tərəfdən göstərmək istəyirəm. İddiaçılar sırasında olmasam da yaxşı oyunla yadda qalmaq istəyirəm".

ShamkirChess2017 superturnirinin mətbuat xidməti

 

 

 




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Mart 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03
04 05 06 07 08 09 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31