20 Aprel 2024, Şənbə
Ayxan Abbasovun həqiqətləri
"Sumqayıt” II pilləyə yüksəldi
"Qəbələ" Abu Akalla vidalaşdı
XXXI turun hakim təyinatları

Digər idman növləri

Cüdoçumuz Avropa çempionu oldu

Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatı davam edir.

Futbolxeber.az saytının məlumatına görə, yarışın ikinci günü Azərbaycan milli komandası üçün uğurlu olub. Belə ki, millimiz aktivinə 1 qızıl və 1 bürünc medal yazdırıb.

73 kq çəki dərəcəsində mübarizə aparan Hidayət Heydərov bütün rəqiblərinə qalib gələrək Avropa çempionu olub.

Bu çəkidə ölkəmizi təmsil edən digər cüdoçumuz Rüstəm Orucov bürünc medala sahib olub.

81 kq çəki dərəcəsində çıxış edən Rüfət İsmayılov isə mübarizəni erkən dayandırıb.

Qeyd edək ki, yarışın ilk günündə Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) bürünc medal qazanıblar.

Xatırladaq ki, sabah daha 4 çüdoçumuz - Məmmədəli Mehdiyev (90 kq), Elmar Qasımov, Elxan Məmmədov (hər ikisi 100 kq) və Uşaqi Kokauri (+ 100 kq) tatami üzərinə çıxacaq.




Şərh yazılmayıb
ŞƏRH YAZ
Adınız, Soyadınız *  
E-mail    
Təhlükəsizlik kodu    
Kodu daxil edin *  







Arxiv

Aprel 2024
B.eÇ.aÇC.aCŞB
01 02 03 04 05 06 07
08 09 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30